Bunu Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Nazir qeyd edib ki, iyun ayında Bakı-2015 Avropa Oyunları ilə əlaqədar telekommunikasiya, radioteleviziya, rabitə, informasiya texnologiyaları və digər nazirliyin səlahiyyətlərinə aid olan tədbirlər planına uyğun olan işlərin 95 faizi artıq yerinə yetirilib: “Əsas olan odur ki, fasiləsiz və keyfiyyətli internetin, rabitə xidmətlərinin göstərilməsində problemlər yoxdur. Mobil operatorlarla son texniki testlər keçirilir və bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Hesab edirik ki, bütün işlər may ayının axırına qədər yekunlaşacaq. Eyni zamanda “Azərkosmos” ASC da bu istiqamətdə kifayət qədər aktiv iştirak edir”.
Əli Abbasov bildirib ki, “Azerspace-1” Azərbaycan telekommunikasiya peyki dünyada bu oyunları yayımı üçün cəlb olunan 4 peykdən biri kimi seçilib: “Bu gün “Azerspace-1” demək olar ki, 100-ə qədər ölkəni əhatə edə bilir. Beynəlxalq Britaniya yayım şirkətinin tələblərinə cavab verir və onların testindən keçib. “Azerspace-1” dünyanın ən keyfiyyətli peyklərindən biri hesab olunur. Eyni zamanda radiotexniki avadanlıqlar yüksək səviyyədə hazırlıq vəziyyətinə gətirilib, o cümlədən də informasiya təhlükəsizliyi, kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri həyata keçirilir. May ayı bizim üçün ancaq testlərin keçirilmə ayı olacaq. Aktiv gözləmə rejimində işləyirik ki, iyunun 1-də oyunları tam yüksək səviyyədə keçirək”. (apa)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri