Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılış mərasimi keçirilib. Dövlət başçıları Xəzər dənizinin dibi ilə Azərbaycan və Qazaxıstanı birləşdirən ilk fiber-optik kabel xəttinin onlayn formatda rəsmi açılışını ediblər.
Trans-Xəzər kabel xətti layihəsi NEQSOL Holding-in tərkibindəki Azerconnect Group-a daxil olan AzerTelecom və Qazaxıstanın Kazakhtelecom şirkətləri tərəfindən və bu məqsədlə yaratdıqları CaspiLink B.V. birgə müəssisəsi vasitəsilə həyata keçirilib. Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirən 380 km uzunluğunda fiber-optik kabel xətti 400 terabit/s-dən çox ötürmə qabiliyyətinə malikdir.
Trans-Xəzər kabel xətti NEQSOL Holding-in Avropa və Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan Rəqəmsal İpək Yolu layihəsinin mühüm tərkib hissəsidir.
“Xəzər regionu Avropa və Asiya arasında unikal mövqeyə malikdir və Rəqəmsal İpək Yolu layihəsinin məqsədi bu üstünlüyü güclü rəqəmsal dəhlizə çevirməkdir. Layihənin tərkib hissəsi olaraq Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabel xəttinin çəkilməsi bu istiqamətdə mühüm uğurdur. Layihənin həyata keçirilməsinə göstərdikləri mühüm dəstəyə görə Azərbaycan və Qazaxıstanın dövlət başçılarına və hökumətlərinə dərin təşəkkürümüzü bildiririk”, – deyə NEQSOL Holding-in təsisçisi Nəsib Həsənov bildirib.
“Region üçün mühüm əhəmiyyət daşıyan Trans-Xəzər kabel xətti Avrasiyanın rəqəmsal infrastrukturuna strateji sərmayədir. Avropa və Asiya arasında yüksəksürətli, dayanıqlı və daha səmərəli məlumat ötürmə marşrutu yaradan bu layihə beynəlxalq rəqəmsal bağlantıları gücləndirəcək, regional əməkdaşlığın genişlənməsinə və iqtisadi inkişafa töhfə verəcək”, – deyə NEQSOL Holding-in İdarəetmə Şurasının sədri Yusif Cabbarov bildirib.
Bu nəticənin əldə olunmasında AzerTelecom, Kazakhtelecom və CaspiLink B.V. komandalarının, eləcə də layihənin icrasında iştirak edən digər tərəflərin yüksək peşəkarlığı, əzmkarlığı və səmərəli əməkdaşlığı mühüm rol oynayıb.
Layihə çərçivəsində təhlükəsiz və dayanıqlı marşrutun müəyyənləşdirilməsi, dəniz dibinin tədqiqatı, kabelin istehsalı və çatdırılması, xüsusi gəminin modifikasiyası, eləcə də fiber-optik kabelin Xəzər dənizinin dibi ilə çəkilməsi kimi mürəkkəb texniki-mühəndislik işləri icra olunub.
Rəqəmsal İpək Yolu layihəsinin, o cümlədən Trans-Xəzər kabel xəttinin strateji əhəmiyyəti beynəlxalq təşkilatlar və regional platformalar çərçivəsində qəbul edilmiş birgə bəyannamələrdə və rəsmi sənədlərdə də vurğulanıb.
Şirkətlər haqqında qısa məlumat
NEQSOL Holding telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Qrup dünya üzrə 25 milyon müştəriyə xidmət göstərir və 20 mindən çox əməkdaşı var.
AzerTelecom regionun ən böyük beynəlxalq magistral operatoru olmaqla internet trafikinin topdansatışı, tranziti, transmissiya və sair xidmətləri təqdim edir. Şirkət NEQSOL Holding-in tərkibində olan Azerconnect Group-a daxildir.
Kazakhtelecom Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir. Şirkət sabit telefon, genişzolaqlı internet, rəqəmsal televiziya, mobil rabitə və digər telekommunikasiya xidmətləri təqdim edir.




























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları