Previous Next
Bağla

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021 14:13
Dörd ölkənin telekommunikasiya  operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın aparıcı telekommunikasiya operatorları Transxəzər Fiber-Optik Kabel Xətti (TranCaspian Fiber Optic - TCFO) layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər. Tərəflər bununla bağlı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş “MDB GCCM 2021” konfransı zamanı iki Memorandum imzalayıblar. Onlardan biri müvafiq olaraq Qazaxıstan, Azərbaycan və

Xeberler.az bildirir ki, Qırğızıstanı təmsil edən "Transtelecom" ASC, "AzerTelecom"" MMC və "ElKat" MMC telekommunikasiya operatorları arasında, digəri isə müvafiq olaraq Qazaxıstan, Azərbaycan və Özbəkistanı təmsil edən "Transtelecom" ASC, "AzerTelecom" MMC və “Telegraph 42 Management Gmbh” MMC arasında imzalanıb.

“AzerTelecom” MMC-nin Direktorlar Şurasının sədri Fuad Allahverdiyevin sözlərinə görə, Transxəzər Fiber-Optik (TransCaspian Fiber Optic - TCFO) Kabel xətti layihəsinin həyata keçirilməsi təkcə Azərbaycanla Qazaxıstan arasında deyil, eyni zamanda Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır. "İnanırıq ki, bütün dünyada internet istehlakının artması fonunda bu irimiqyaslı rəqəmsal layihə regionda telekommunikasiya sənayesinin inkişafına, eləcə də ölkələr və şirkətlər arasında işgüzar əlaqələrin genişlənməsinə töhfə verəcək"- deyə Fuad Allahverdiyev bildirib.

“Transxəzər Fiber-Optik Kabel Xətti rəqəmsal infrastruktur sahəsində möhtəşəm layihədir. Bu gün biz bu layihəni mövcud yerüstü marşrutlara yeganə alternativ olaraq görürük. Əminəm ki, “AzerTelecom”-dan olan tərəfdaşlarımızla birgə xidmətlərin göstərilməsi üzrə yeni bir səviyyəyə qalxa biləcək, Avropa ilə Asiya arasında uzun zamandır gözlənilən marşrutların şaxələndirilməsini təmin edə biləcəyik" - deyə “Transtelecom” ASC -nin Transxəzər Fiber-Optik layihəsinin rəhbəri Qalixan Məhəmməd-Rəhimov qeyd edib.

Xatırladaq ki, Transxəzər Fiber-Optik (TCFO) Kabel xətti layihəsi Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini nəzərdə tutan genişmiqyaslı layihədir. Bu layihə Avropa ilə Asiya arasında məlumat mübadiləsi ehtiyaclarını ödənəyəcək regionun bütün ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Belə bir magistral kabel xəttinin çəkilməsi Avropa ilə Asiyanı birləşdirən “Rəqəmsal İpək Yolu”nu (Digital Silk Way) formalaşdıracaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır

23-08-2021

“AzerTelecom” və “Kazakhtelecom” memorandum imzalayıb

28-09-2022

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

Azərbaycan və Qazaxıstan rəqəmsal telekommunikasiya dəhlizi yaradır

19-11-2019

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə