Previous Next
Bağla

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020 15:19
Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini nəzərdə tutan dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib.

Xeberler.az bildirir ki, 28 noyabr 2019-cu il tarixdə Türkmənistanın Aşqabad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili” haqqında dövlətlərarası Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilib və Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən təsdiq edilib.

Dövlətlərarası sazişə əsasən, Xəzər dənizinin dibi ilə çəkiləcək magistral fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik kabel xətti) çəkilişi Azərbaycan tərəfdən ölkəni beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru Türkmentelekom tərəfindən icra ediləcək. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək.

Ümumi uzunluğu 300 km olacaq magistral kabel xətti 2-4 terabit/s həcmində məlumatların ötürülməsinə imkan verəcək və Avropanın internet mərkəzi Frankfurtla Hindistanın Mumbay şəhərləri arasında Azərbaycandan keçəcək rəqəmsal ipək yolunu (Digital Silk Way) formalaşdıracaq. Magistral xətt Avropadan internet trafikinin məhz Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək.

“AzerTelecom” şirkətinin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində icra edilən
və Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzərin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilişini, ümumilikdə isə Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal ipək yolunun yaradılmasını nəzərdə tutan layihə iki istiqamətdən – Azərbaycan- Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir. Artıq Azərbaycan və Qazaxıstan arasında uzunluğu 400 km olan Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic - TCFO) çəkilməsi ilə bağlı operatorlar arasında müqavilə və iki ölkə arasında dövlətlərarası saziş mövcuddur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020

“Rəqəmsal İpək Yolu” layihəsi beynəlxalq konfransda təqdim edilib

14-11-2022

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

“Rəqəmsal İpək Yolu” layihəsi “Türkmentel 2021” konfransında təqdim edilib

15-11-2021

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

“Azertelecom” və “SOCAR Turkey Enerji” ortaq şirkət yaradır

23-08-2021

Siyəzən-Türkmənbaşı fiber-optik kabel magistralı çəkiləcək

11-01-2019

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

"Çoxdandır gözlənilən Transxəzər Fiber Optik Kabel Xətti Layihəsinə start verildi"

04-03-2025

Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin çəkilişinə görə müəssisə yaradılıb

22-10-2025

Azərbaycan rəqəmsal tranzit mərkəzinə çevrilə bilər

30-05-2019

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə