AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və “ABAD” – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin birgə təşəbbüsü ilə Quba və İsmayıllı rayonlarında fəaliyyət göstərən fərdi sahibkarlara dəstək göstərilib. Layihə çərçivəsində yerli sahibkarlara istehsal prosesini daha səmərəli etmək məqsədilə meyvəqurutma avadanlıqları təqdim olunub.
“AzInTelecom” əməkdaşları adıçəkilən regionlara səfər edərək sahibkarların istehsal prosesi ilə yaxından tanış olub, onların fəaliyyəti və ehtiyacları barədə ətraflı məlumat əldə ediblər. Eyni zamanda təqdim olunan cihazın imkanları ilə real iş mühitində tanış olublar.
Quba rayonundan olan sahibkar Turan Yusifli təqdim edilən avadanlıqdan quru meyvəli şirniyyat istehsalında, İsmayıllı rayonundan olan sahibkar Asəf Əhmədov isə sirkə və doşab istehsalında istifadə edəcək. Yeni texniki vasitələr istehsal prosesinin daha rahat və sürətli həyata keçirilməsinə, eyni zamanda məhsuldarlığın artırılmasına imkan yaradacaq.
Korporativ sosial məsuliyyət layihələrinin icrasına xüsusi önəm verən “AzInTelecom” kiçik və orta sahibkarlığın inkişafı istiqamətindəki dəstəyini davam etdirəcək.





Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları