Previous Next
Bağla

KOBİA Bakutel 2018-də sahibkarlara dəstək sistemini təqdim edib

04-12-2018 16:24
KOBİA Bakutel 2018-də sahibkarlara dəstək sistemini təqdim edib

Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel 2018”) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevə “Sahibkarlara Dəstək Sistemi”ni təqdim edib.

Xeberler.az  bildirir ki, Orxan Məmmədov dövlət başçısına Agentliyin fəaliyyət göstərdiyi qısa müddət ərzində həyata keçirilən bir sıra tədbirlər haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, bir sıra rayonlarda KOB dostları artıq fəaliyyətə başlayıb, startap, mikro və kiçik bizneslərin inkişafı üçün Vergilər Məcəlləsinə dəyişiklər ilə bağlı təklif hazırlanıb, hansı ki, bu günlərdə Milli Məclisdə qəbul olunub. Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologoyalar Nazirliyi, “Azercell” və “Bakcell” şirkətləri ilə “KOB Dəstək” proqramına start verilib və bu proqram çərçivəsində startap, mikro və kiçik müəssisələrin “Bakutel 2018” sərgisində təmsil olunmasına dəstək göstərilib, həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologoyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkədə sahibkarların maraqlarının qorunması və onların müraciətlərinə operativ baxılması məqsədlə “Sahibkarlara Dəstək Sistemi” yaradılıb.

KOBİA-nın rəhbəri onu da qeyd edib ki, “Sahibkarlara Dəstək Sistemi” çərçivəsində hazırlanmış elektron portal onlayn rejimdə sahibkarların hüquqları ilə bağlı maarifləndirmə, müraciətlərə baxılması və onların çevik həlli funksiyasını yerinə yetirəcək. Bu yenilik sahibkarın öz müraciətinə baxılma prosesini izlməsinə, vaxt itkisinin qarşısının alınmasına və müraciətlərə daha operativ və şəffaf rejimdə baxılmasını təmin edəcək.
 
“Dövlət informasiya sistemlərinə inteqrasiya edilmiş portala giriş elektron imza vasitəsilə həyata keçiriləcək ki, sistem sahibkarı avtomatik olaraq tanıyacaq. Sahibkar müraciəti formalaşdırır, təsdiqedici sənədləri əlavə edir və müraciətini Agentliyə göndərir. Portal imkan verir ki, sahibkar avtomatik verilmiş kod ilə müraciətin statusunu izləsin. Agentlik bu müraciəti portal vasitəsilə aidiyyəti quruma sorğu edir və ya sahibkar, Agentlik və şikayət olunan qurum arasında görüş
təyin edir. Yekunda sahibkar yenə də sözügedən portal vasitəsilə nəticə haqqında məlumat alır”, - deyə Orxan Məmmədov əlavə edib.

KOBİA-nın rəsmisi portalın sahibkarlara verəcəyi üstünlüklərə toxunub və bildirib ki, “Bütün bunlar sahibkarlara daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına şərait yaradacaq. Agentlik isə bütövlükdə müraciətlərə baxılması sistemini monitorinq edə biləcək. Portalın digər dövlət orqanlarına ineqrasiya edilməsi növbəti hədəflərimiz sırasındadır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakutel sərgisində iştirak edir

05-12-2018

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

23-11-2022

KOBİA NRYTN ilə birgə startapları dəstəkləyir

19-09-2019

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019

KOBİA 5 illik yubileyini qeyd edib

28-12-2022

KOBİA indiyə qədər sahibkarlara nə qədər maliyyə ayırıb?

07-11-2022

Onlayn təlimə 300-dən çox sahibkar qoşulub

01-03-2019

Orxan Məmmədov: KOB-lar rəqəmsallaşmada çətinliklərlə üzləşir

24-10-2025

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023

KOBİA-nın sədri sahibkarlarla görüşüb

14-08-2023

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

06-01-2023

Ötən il KOBİA 7 mindən çox sahibkarın bilik və bacarıqlarını artırıb

22-01-2026

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023

6 KOB subyekti aqrar sahə ilə bağlı startap şəhadətnaməsi alıb

24-11-2022

Azərbaycanda "E-KOB Evi" yaradılır

04-12-2024

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

21-07-2023

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023

KOBİA: Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı ötüb

18-12-2025

Bakıda sahibkarlar üçün növbəti onlayn təlim keçirilib

28-02-2019

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023

E-KOB evi portalı test rejimində istifadəyə verilib

16-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə