Previous Next
Bağla

AZSTAND Milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib

25-06-2025 11:12
AZSTAND Milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib

Təlim çərçivəsində media nümayəndələrinə standartların işlənib hazırlanması, ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, korporativ idarəetmə və süni intellekt kimi aktual sahələrdə standartların tətbiqinə dair ətraflı məlumat verilib, beynəlxalq təcrübələr əsasında praktiki nümunələrə nəzər salınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən media nümayəndələri üçün maarifləndirici seminar keçirilib. Azərbaycan milli mətbuatının 150 illiyinə həsr edilmiş seminarda 40-a yaxın media mənsubu iştirak edib.

Xeberler.az bildirir ki, seminar media nümayəndələrini standartlaşdırma fəaliyyəti ilə daha yaxından tanış etmək, dövlət standartlarının işlənib hazırlanması, qəbul olunması və tətbiqi mexanizmləri barədə məlumatlılığı artırmaq məqsədilə təşkil olunub.

Tədbirdə AZSTAND-ın baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə açılış nitqi ilə çıxış edib. AZSTAND-ın fəaliyyətinin ölkədə keyfiyyət infrastrukturunun inkişafı, istehlakçı hüquqlarının etibarlı müdafiəsi və ixrac potensialının artırılmasına istiqamətləndiyi qeyd olunub. Həmçinin İnstitutun milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması ilə rəqabətqabiliyyətliliyin gücləndirilməsi və davamlı iqtisadi inkişafın təmin edilməsinə hədəflənən tədbirləri vurğulanıb.

Daha sonra AZSTAND nümayəndələri ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və korporativ idarəetmə sahələrində tətbiq olunan standartlar, eləcə də süni intellekt texnologiyaları üzrə standartlara dair təqdimatlarla çıxış ediblər. Tədbir iştirakçıları standartların müasir tələblərə uyğunlaşdırılması və tətbiqinin praktiki əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər.

Seminarın sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AZSTAND nümayəndəsi Süni İntellekt Standartları Sammitində iştirak edib

17-12-2025

AZSTAND yeni Texniki Komitə yaradıb

30-06-2025

İKT sahəsi üzrə 10 yeni milli standart təsdiqlənəcək

17-10-2025

Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb

16-06-2023

AZSTAND: Azərbaycanda internet standartı hazırlanır

24-06-2025

AZSTAND beynəlxalq standartlaşdırma təşkilatının layihəsinə qoşulub

15-07-2025

AZSTAND COP30-un Azərbaycan pavilyonunda panel sessiyası keçirib

21-11-2025

Azərbaycanda sahibkarlıqla bağlı yeni dövlət standartı qəbul edilib

25-05-2023

Azərbaycanda İKT standartlaşdırma üzrə Texniki Komitə yaradıldı

19-05-2021

Azərbaycan telekommunikasiya sektorunda Avropa standartlarını tətbiq edəcək

27-07-2023

Azərbaycanda süni intellektlə bağlı dövlət standartı qəbul edilib

28-07-2025

AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

13-11-2025

AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər

04-09-2025

“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib

15-12-2025

AZSTAND-ın nümayəndə heyəti ISO-nun illik toplantısında iştirak edib

15-10-2025

Türk Standartları İnstitutunun nümayəndələri ilə görüş

06-09-2022

Distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30-04-2025

“Süni intellekt standartlarının media kommunikasiyası” təqdimatı keçirilib

11-12-2025

Mətbuatın 150 illiyi ilə bağlı intellektual yarış keçirilib

08-07-2025

Elektron satınalmaların ümumi satınalmalarda payı açıqlanıb

31-01-2023

Milli məkan standartları qəbul edilib

20-08-2025

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026

Süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

05-06-2025

“AzInTelecom” ilə AZSTAND arasında əməkdaşlıq memorandumu imzalanıb

05-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə