Bu ilin yanvar-iyul aylarında “AzStateNet” şəbəkəsi üzrə 314,88 milyon zərərli keçid bloklanıb.
Xeberler.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) məlumatları əsasında aparılan hesablamalara əsasən məlumat verir ki, bu, bir il əvvəlki göstəricidən 38 % azdır.
Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 15 milyon 846 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 62 min 667 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 dəfə çox və 62 % azdır.
Xatırladaq ki, 2024-cü ildə “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd bloklanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları