AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC qlobal səviyyədə genişzolaqlı rabitənin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləmək məqsədilə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasına (WBBA) üzv olub.
Xeberler.az bildirir ki, bu üzvlük “Aztelekom”un yalnız ölkə daxilində deyil, qlobal dünyada da texnoloji cəmiyyətin fəal iştirakçısına çevrildiyinin bariz nümunəsidir.
“WBBA” dünyanın müxtəlif ölkələrindən olan telekommunikasiya şirkətləri, texnologiya təminatçıları və tənzimləyici qurumları bir araya gətirən nüfuzlu platformadır. Assosiasiyanın əsas məqsədi genişzolaqlı internetin əlçatanlığını artırmaq, texnoloji innovasiyaları təşviq etmək və rəqəmsal inklüzivliyi gücləndirməkdir.
Qeyd edək ki, Azərbaycanda bu assosiasiyaya üzv seçilən ilk şirkət məhz “Aztelekom”dur.
“Aztelekom”un “WBBA”də təmsil olunması şirkətə qlobal tərəfdaşlıq imkanları, ən son texnologiyalara çıxış, sənaye üzrə qabaqcıl biliklərin paylaşılması və rəqəmsal strategiyaların formalaşmasında iştirak kimi üstünlüklər qazandıracaq.
Xatırladaq ki, “Aztelekom” cari ilin may ayında gigabit sürətli genişzolaqlı internet bağlantısının təmin edilməsində göstərdiyi yüksək nəticələrə görə Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyasının (WBBA) təltif etdiyi “Gigacity Champion” mükafatına layiq görülüb.
Son bir ildə “Speedtest Award for Fastest Fixed Network”, “Best Practice of Home Broadband Development Award” və “Gigacity Champion” kimi beynəlxalq mükafatlarla təltif olunan “Aztelekom” ölkə tarixində bu üç mükafatı qazanan ilk sabit şəbəkə provayderidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları