“Aztelekom” İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib

03-06-2010 / 08:01

“Aztelekom” İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi 01 iyun 2010-cu il tarixdən etibarən genişzolaqlı internet xidmətlərinin tariflərini növbəti dəfə endirib. Bu gündən birliyin genişzolaqlı internet xidmətlərinin tarifləri orta hesabla 36% ucuzlaşıb.

Belə ki, 512 kbit/s sürətlə limitsiz internetə qoşulma xidmətlərinin qiyməti 24 manatdan 15 manata, 1 Mbit/s sürətlə limitsiz internetə qoşulma xidmətlərinin qiyməti 29 manatdan 20 manata, 2 Mbit/s sürətlə limitsiz internetə qoşulma xidmətlərinin qiyməti 65 manatdan 30 manatadək endirilib. Endirim bütün limitsiz genişzolaqlı internet xidmətləri paketlərinə şamil olunacaq.

“Aztelekom” İstehsalat Birliyinin genişzolaqlı şəbəkə xidmətlərinin təşkil olunduğu şəhərlərin sayı 51-ə, ADSL abunəçilərinin sayı 2719-a çatdırılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə