İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) Tənzimləmə departamentinin Texniki tənzimləmə şöbəsinin müdiri Rahib Ağababayev və Elektron Kommunikasiya şöbəsinin müdiri Murad Quliyev Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Mərkəzi Asiya Pirinq və Qarşılıqlı Qoşulma Forumu – CAPIF 5” (Central Asia Peering and Interconnection Forum) tədbirində iştirak edib.
Xeberler.az bildirir ki, forum RIPE NCC-nin (Avropa, Yaxın Şərq və Mərkəzi Asiya regionunda internet resurslarının idarə olunması və koordinasiyası ilə məşğul olan qeyri-kommersiya təşkilatı) təşkilatçılığı, “Tojiktelecom” ASC-nin ev sahibliyi və Tacikistan Respublikası Hökuməti yanında Rabitə Xidmətinin dəstəyi ilə təşkil olunub. Tədbirə Mərkəzi Asiya və digər ölkələrdən şəbəkə operatorları, internet provayderləri, tənzimləyici qurumlar və texniki ekspertlər qatılıblar.
İki gün davam edən forumda regionda rəqəmsal qoşulmanın gücləndirilməsi və Şərq–Qərb rəqəmsal dəhlizinin inkişafı müzakirə olunub. Pirinq sahəsində tənzimləmə təcrübəsi, “IPv6”nın tətbiqi, internet trafik mübadiləsi nöqtələrinin (IXP) rolu və digər mövzular da gündəlikdə olub.
Forum çərçivəsində İKTA nümayəndələri regional operatorlar, IXP təmsilçiləri və RIPE NCC nümayəndələri ilə fikir mübadiləsi aparıblar. Azərbaycanın Trans-Xəzər fiber-optik xətti və “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində Mərkəzi Asiya ilə əməkdaşlığının genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Forum çərçivəsində RIPE NCC Academy sertifikasiya imtahanları da təşkil olunub. Murad Quliyev “BGP Security” (BGP təhlükəsizliyi) üzrə imtahandan uğurla keçərək sertifikat alıb.
Tədbirdə iştirak regionun ən yaxşı təcrübələrinin öyrənilməsi, mütəxəssislərin peşəkar bacarıqlarının artırılması və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından faydalı olub.

























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları