Previous Next
Bağla

“AzTU GAMEDEV PROGRAM”ın infosessiyası keçirilib

23-10-2026 13:28
“AzTU GAMEDEV PROGRAM”ın infosessiyası keçirilib

22 oktyabr 2026-cı il tarixində tədbir Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzində keçirilib.

Xeberler.az bildirir ki, “AzTU GAMEDEV PROGRAM” “Xsolla”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “AzTU”nun birgə təşəbbüsü ilə həyata keçirilir. Proqramın təşkilatçıları “Nomadman Studio”, “IGDA Azerbaijan” və AzTU İnkubasiya Mərkəzidir. İnfosessiya proqrama seçilmiş iştirakçılar üçün təşkil olunmuşdu. Proqramda ümumilikdə 110 tələbə iştirak edəcək. Onların arasında AzTU ilə yanaşı daha 8 universitetin tələbələri də var.

Tədbiri giriş nitqi ilə AzTU rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz açdı. O, iştirakçıları salamlayaraq oyun sənayesinin bu gün rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf edən sahələrindən biri olduğunu vurğuladı. Gənclərin bu sahəyə marağının artmasını isə müsbət hal kimi dəyərləndirdi. Osman Gündüz iştirakçılara proqram boyunca fəal olmağı, təlimçilərin təcrübəsindən maksimum yararlanmağı və komanda işinə xüsusi önəm verməyi tövsiyə etdi. O, belə proqramların tələbələrə nəzəri biliklərini real layihələrdə sınamaq və gələcək karyeraları üçün ilk addımı atmaq imkanı verdiyini də qeyd etdi.

Daha sonra AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev qısa nitqlə çıxış etdi. O, iştirakçıları salamlayaraq oyun tərtibatının İnkubasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirdi. Azad Musayev mərkəzin tələbələrin texnoloji ideyalarını və startap təşəbbüslərini dəstəkləmək üçün çalışdığını vurğuladı. O, proqram müddətində mərkəzin iştirakçılar üçün açıq olacağını qeyd edərək hər kəsə uğurlar arzuladı.

Ardınca “IGDA Azerbaijan”ın rəhbəri, “Nomadman Studio” şirkətinin təsisçisi İlqar Alirzayev çıxış etdi. O, əvvəlcə “IGDA Azerbaijan” və “Nomadman Studio”nun 2023–2025-ci illərdə ölkədə oyun sənayesinin inkişafı üçün gördüyü işlərdən danışdı. Bu müddətdə 60-dan çox təlim, vörkşop və master-klass, 10-dan çox “game jam” keçirilib, 20-dən çox indie komanda formalaşıb. Fəaliyyət Bakı, Gəncə və Naxçıvanı əhatə edib. GDC, Digital Dragons və Mobidictum kimi beynəlxalq tədbirlərdə də iştirak olunub. Daha sonra İlqar Alirzayev proqramın bütün prosesini, yəni mərhələləri, təlim istiqamətlərini, qaydaları, bootcamp və mükafatlandırma ilə bağlı məsələləri ətraflı izah etdi. Sonda iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Proqramda iştirak ödənişsizdir. 23 oktyabr – 19 noyabr tarixlərində iştirakçılar Game Design, Game Art, Unity Programming və Unreal Engine istiqamətləri üzrə 20 praktik təlimdə iştirak edəcəklər. Unreal Engine təlimləri onlayn, digərləri isə AzTU İnkubasiya Mərkəzində əyani keçiriləcək. Proqramda davamiyyət əsas tələblərdən biridir.

20–22 noyabr tarixlərində keçiriləcək 48 saatlıq bootcamp-da komandalar oyun prototipi hazırlayıb münsiflər heyətinə təqdim edəcəklər. Ən uğurlu beş layihə arasında ümumilikdə 27 200 manat (təxminən 16 000 ABŞ dolları) mükafat bölüşdürüləcək. Proqramı tamamlayan iştirakçılara sertifikat təqdim olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026
“Game Summit 2026” tədbiri keçiriləcək

“Game Summit 2026” tədbiri keçiriləcək

21-04-2026
AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026
“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026
AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025
Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

25-11-2025
 Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026
AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

11-05-2026
Naxçıvanda ödənişsiz oyun tərtibatı təlimləri silsiləsi başlayır

Naxçıvanda ödənişsiz oyun tərtibatı təlimləri silsiləsi başlayır

29-01-2025
AzTU İnkubasiya Mərkəzində fəaliyyət göstərən startaplarla görüş keçirilib

AzTU İnkubasiya Mərkəzində fəaliyyət göstərən startaplarla görüş keçirilib

15-10-2026
 3D oyun müsabiqəsinin qalibləri açıqlanacaq

3D oyun müsabiqəsinin qalibləri açıqlanacaq

08-01-2018
AzTU-da İT sahəsində çalışan tələbələrin I Forumu keçirilib

AzTU-da İT sahəsində çalışan tələbələrin I Forumu keçirilib

17-06-2026
Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

Azərbaycanda ilk beynəlxaq oyun inkubasiya proqramı keçirilib

11-08-2025
AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018
Game Jam müsabiqəsinin qalibləri-Foto

Game Jam müsabiqəsinin qalibləri-Foto

15-01-2018
AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

04-04-2026
"SmartSolutions Hackathon 2026" sabah start götürür

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026
AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

19-08-2026
“Startap Günləri”nin ilk günü start götürüb

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026
“Startap Günləri”nə rəsmi start verilib!

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026
AzTu-da “Azercell” şirkətinin nümayəndələri ilə infosessiya keçirilib

AzTu-da “Azercell” şirkətinin nümayəndələri ilə infosessiya keçirilib

09-05-2026
AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda I yeri qazanıb

AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda I yeri qazanıb

05-05-2026
AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025
AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

AzTU-nun Texnologiya Transfer Ofisinin təqdimatı keçirilib

14-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə