Azərbaycan Texniki Universitetində (AzTU) İT sahəsində çalışan tələbələrin iştirakı ilə “İşləyən Tələbələrin I Forumu: Təhsil, Karyera və Gələcək Bacarıqlar” mövzusunda forum keçirilib.
Xeberler.az məlumat verir ki, AzTU İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi informasiya texnologiyaları sektorunda çalışan tələbələri bir araya gətirmək, onların təcrübələrini paylaşmaq və əmək bazarının tələbləri ətrafında fikir mübadiləsi aparmaq olub.
Tədbiri giriş sözü ilə Azərbaycan Texniki Universitetinin rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi, Startap Azərbaycan platformasının rəhbəri Osman Gündüz açıb. O, İT sahəsində əmək bazarının mövcud vəziyyəti, rəqəmsal transformasiya və gələcəyin bacarıqları haqqında fikirlərini iştirakçılarla bölüşüb.
Forum zamanı tələbələr çalışdıqları şirkətlər, tutduqları vəzifələr, fəaliyyət istiqamətləri və əldə etdikləri peşəkar təcrübələr barədə məlumat veriblər. Eyni zamanda, iş həyatında tələb olunan bacarıqlar, karyera inkişafı və universitet təhsilinin bu prosesdəki rolu ilə bağlı müzakirələr aparılıb.
Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev forum iştirakçıları ilə görüşüb. Görüş zamanı tələbələr onları maraqlandıran sualları rektora ünvanlayıb, universitet–sənaye əməkdaşlığı, təcrübə proqramları və tələbələrin peşəkar inkişaf imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda bu formatda görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.



























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları