2 noyabr 2026-cı il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində açıq məlumatlar mövzusunda “Open Data Talk” təlimi keçirilib. Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə AzTU İnkubasiya Mərkəzi ilə birgə təşkil olunub.
Xeberler.az bildirir ki, tədbirdə universitetin tədqiqatçıları, tələbələr və startap komandalarının üzvləri iştirak ediblər.
Tədbiri AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev açıb. O, açıq məlumatların elmi tədqiqatlar və innovativ layihələr üçün əhəmiyyətindən danışıb. Universitet ilə dövlət qurumları arasında bu sahədə əməkdaşlığın vacibliyini də vurğulayıb.
Sonra İRİA-nın İnnovasiya Ekosistemi Departamentinin İnnovasiya siyasəti və strategiyasının idarəedilməsi şöbəsinin layihə rəhbəri Xanım Rəhmanova iştirakçılar üçün təlim keçib. İRİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Təlimdə ölkədə açıq məlumatlar sahəsində görülən işlər barədə məlumat verilib. Rəsmi açıq məlumatlar portalı opendata.az da iştirakçılara təqdim olunub. Bu portalda dövlət qurumlarının məlumat dəstləri ictimaiyyətin istifadəsi üçün yerləşdirilir. Natiq həmin məlumatlardan elmi tədqiqatlarda, tədris prosesində və startap layihələrində necə istifadə etməyin mümkün olduğunu izah edib.
Təlimdən sonra interaktiv müzakirə aparılıb. İştirakçılar tədqiqat, tədris və startap layihələri üçün hansı məlumat dəstlərinə ehtiyac duyduqlarını bildiriblər. Açıq məlumatlar əsasında yeni tətbiqlər, məhsul və xidmətlər yaratmaq imkanları da müzakirə olunub. Məlumatlardan istifadə zamanı yaranan çətinliklər ayrıca qeyd edilib: məlumatların keyfiyyəti, formatı, detallılıq səviyyəsi və yenilənmə tezliyi.
İştirakçılar öz təcrübələrini bölüşüb və açıq məlumatların daha əlçatan olması ilə bağlı təkliflərini səsləndiriblər.
Tədbirin sonunda tərəflər açıq məlumatlar sahəsində AzTU ilə İRİA arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, tələbələr və tədqiqatçılar https://opendata.az/ portalına daxil olaraq mövcud məlumat dəstləri ilə tanış ola bilərlər. Portal vasitəsilə məlumatlarla bağlı rəy və təkliflərini də bildirə bilərlər.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları