14 oktyabr 2026-cı il tarixində Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzində fəaliyyət göstərən və gəlir əldə edən startaplarla görüş keçirilib. Tədbirdə ideya mərhələsini keçmiş və bazarda real fəaliyyət göstərən startap komandaları layihələrini təqdim edib. Onlar əldə etdikləri nəticələr, gəlir modelləri, qarşılaşdıqları çətinliklər və gələcək inkişaf planları barədə məlumat veriblər.
Xeberler.az məlumat verir ki, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev iştirak edib. Rektor tələbələrin təqdimatlarını dinləyib, startap komandaları ilə fikir mübadiləsi aparıb. O, gənclərin innovativ təşəbbüslərinin universitet tərəfindən hər zaman dəstəkləndiyini vurğulayıb.
Rektorun rəqəmsal məsələlər üzrə məsləhətçisi Osman Gündüz çıxış edib. O, rəqəmsal transformasiya, texnoloji sahibkarlıq və startap ekosisteminin inkişafı barədə fikirlərini bölüşüb.
“Startap Azərbaycan”ın nümayəndəsi Elşad Yusifli iştirakçılarla tövsiyələrini paylaşıb. O, startapların inkişaf mərhələlərindən, mövcud dəstək mexanizmlərindən və bazara çıxış imkanlarından danışıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Elxan Şükürov da tədbirdə iştirak edib. O, startapları dinləyib və komandalara layihələrini təkmilləşdirmək üçün məsləhətlər verib.
Görüşdə universitet rəhbərliyi də iştirak edib. Qonaqlar tələbə komandalarının artıq gəlir əldə edən biznesə çevrilməsini yüksək qiymətləndiriblər. Onlar komandaları fəaliyyətlərini genişləndirməyə və müxtəlif proqramlarda fəal iştirak etməyə təşviq ediblər. Tədbir interaktiv müzakirə formatında davam edib.
AzTU İnkubasiya Mərkəzi bu istiqamətdə fəaliyyətini davam etdirir. Mərkəz tələbə startaplarının inkişafına, mentorluq dəstəyinə və innovasiya ekosistemindəki tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə xidmət edir.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları