Previous Next
Bağla

Bakcell-dən ikiqat internet

03-05-2018 11:00
Bakcell-dən ikiqat internet

Bakcell şirkəti dövlət səviyyəsində qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə öz abunəçiləri üçün inanılmaz hədiyyə kampaniyası elan edib.

Ən böyük milli şirkətlərdən biri olan Bakcell Azərbaycan vətəndaşlarına, ölkənin tarixi və adət-ənənələrinə yüksək dəyər verən və eyni zamanda müasir mobil rabitə istifadəçilərin ehtiyac və tələblərini anlayan innovativ telekommunikasiya operatoru kimi, sərfəli qiymətə yüksək keyfiyyətli həllər təklif edir.

Xeberler.az bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək məqsədilə, Bakcell özünün CİN və Klass abunəçilərinə 1-31 may 2018-ci il tarixlərində davam edəcək kampaniya çərçivəsində əlavə pul ödəmədən 100% daha çox internet təklif edir.

Beləliklə, xüsusi kampaniyanın şərtlərinə əsasən, may ayı ərzində 1GB və daha böyük həcmli internet paketini əldə edən hər bir abunəçi istifadə müddəti bir ay olan ikiqat internet trafiki əldə edəcək. Bu misilsiz kampaniya sayəsində Bakcell abunəçiləri 20 GB-dək pulsuz interneti hədiyyə şəklində ala biləcəklər.

Bu təklifdən yararlanmaq üçün abunəçilər kampaniyada iştirak edən internet paketlərindən (1GB, 1.5GB, 3GB, 5GB, 10GB və ya 20GB) birini əldə etməlidir.

Qeyd edək ki, bütün İnternet paketləri istifadə müddətləri bitəndən sonra balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənir. İnternet paketlərdə təqdim edilən trafik bitəndən sonra, “yüksək sürət” xidməti aktivləşir.

Kampaniya barədə daha ətraflı məlumat ilə buradan səhifəsində tanış ola bilərsiniz.

Abunəçilərin mobil data xidmətlərinə artan tələbatını qarşılamaq üçün Bakcell müasir smartfon istifadəçiləri üçün innovativ və sərfəli həllər təklif edir. Yüksək keyfiyyətli 4G şəbəkəsinə yatırılmış investisiyalar sayəsində, Bakcell abunəçiləri ən geniş əhatə dairəsi olan LTE texnologiyasından və ölkədə ən yaxşı mobil şəbəkənin bütün üstünlüklərindən istifadə etmək imkanına malikdirlər. Bakcell şirkətinin tətbiq etdiyi ən müasir LTE Advanced texnologiyası sayəsində, operatorun abunəçiləri saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlanırlar.

Bakcell şirkəti innovativ və son texnologiyalar əsasında yaradılmış xidmətlər, sərfəli kampaniyalar, yüksək keyfiyyət və geniş şəbəkə əhatə dairəsi ilə öz müştərilərini sevindirməyə davam edəcək.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

Bakcell internet paketin qiymətini 10 qəpiyə saldı

09-09-2015

Bakcell-dən endirim kampaniyası

19-08-2015

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Bakcell rouminqdə WhatsApp-i pulsuz etdi

29-05-2018

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018

“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

14-12-2020

Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

23-01-2019

Bakcell-dən eyni qiymətə ikiqat mobil internet trafiki

08-12-2015

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

26-12-2018

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019

“Bakcell”dən eksklüziv təkliflə smartfon al

19-07-2024

Bakcell-dən 12 bölgənin sakinlərinə PULSUZ 4G İnternet

26-10-2018

İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət

10-08-2016

Bakcell 7 qlobal şirkətlə əməkdaşlığa başlayıb

27-01-2017

Bakcell Rusiyada olan abunəçiləri üçün yenilik edib

19-07-2016

Bakcell abunəçilərinin balansını ikiqat artırır

02-02-2016

Bakcell şirkəti media sahəsində çalışanlara xüsusi tarif təklif edir

15-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə