Previous Next
Bağla

Bakcell 7 qlobal şirkətlə əməkdaşlığa başlayıb

27-01-2017 18:01
Bakcell 7 qlobal  şirkətlə əməkdaşlığa başlayıb

Bakcell şirkəti xarici ölkələrə səfər edən abunəçilərinə rouminqdə olarkən internetə ən sərfəli şərtlərlə çıxışı təmin etmək üçün dünyanın daha 7 aparıcı telekommunikasiya operatoru ilə yeni razılaşmalar imzalayıb.

Bakcell-dən Xeberler.az-a verilən məlumata görə, şirkət abunəçilərinin hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə etmək imkanına malik olduğu ölkələrin siyahısını genişləndirməkdədir.

Bu ilin yanvar ayından etibarən, Gürcüstan, Ukrayna, İsrail, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi bir neçə yeni istiqamətlərə səfər edən Bakcell abunəçiləri rouminqdə olduqca sərfəli olan data xidmətlərindən faydalanmağa başlayıblar.

Hazırda, Bakcell abunəçiləri dünyanın 28 ölkəsində bu təklifdən faydalanmaq imkanına malikdirlər (Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, İran, Böyük Britaniya, Almaniya, ABŞ, BƏƏ, Çexiya Respublikası, İtaliya, Niderland, Macarıstan, İspaniya, Qazaxıstan, İsrail, Yunanıstan, Portuqaliya, Rumıniya, İrlandiya, Malta, Özbəkistan, Misir, Yeni Zelandiya, Qırğızıstan, Tacikistan, Albaniya, Cənubi Afrika).

Bu razılaşmalar sayəsində yuxarıda sadalanan ölkələrdən hər hansı birinə səfər edən Bakcell abunəçiləri hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə etmək imkanına malik olacaqlar. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

Qeyd etmək lazımdır ki, səfərdə olan Bakcell abunəçiləri “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artıra bilirlər. “

Bakcell Roaming mobil tətbiqi haqqında daha ətraflı məlumat burada.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell Rusiyada olan abunəçiləri üçün yenilik edib

19-07-2016

İrana səfər edən Bakcell abunəçiləri üçün fürsət

10-08-2016

BƏƏ-də olan Bakcell abunəçiləri hər MB üçün cəmi 1 qəpik ödəyəcək

10-06-2016

Bakcell 14 ölkədə 4G rouminq xidmətini aktivləşdirib

03-07-2015

Bakcell-dən endirim kampaniyası

19-08-2015

Bakcell Gold abunəçilər üçün rominq kampaniyasını təqdim edir

14-07-2015

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018

Səyahət üçün sərfəli rouminq fürsətləri

20-07-2023

Bakcell rouminqdə WhatsApp-i pulsuz etdi

29-05-2018

Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının sayını artırır

11-11-2015

Bakcell internet paketin qiymətini 10 qəpiyə saldı

09-09-2015

Bakcell-dən abunəçilərinə Yeni il hədiyyəsi

04-12-2015

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell limitsiz internet paketlərini təqdim edib

14-10-2016

Bakcell abunəçilərinin balansını ikiqat artırır

02-02-2016

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

26-12-2018

Bakcell-dən yeni limitsiz internet paketi

16-06-2017

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakcell yeni mobil tətbiq istifadəyə verib

23-10-2017

"Bakcell"dən iPhone istifadəçilərinə xəbər

28-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə