Previous Next
Bağla

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018 17:57
Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

Bakcell-dən 16 bölgənin sakinlərinə 5Gb PULSUZ 4G internet paketi təqdim olunacaq.

Xeberler.az bildirir ki, bu kampaniya Bakcell abunəçilərinə 4G şəbəkəsini sınaqdan keçirmək və yüksəksürətli internet təcrübəsindən yararlanmaq imkanı verəcək və ölkənin 16 bölgəsinin sakinlərinə 5 Giqabayt həcmində PULSUZ 4G interneti əldə etmək və telekommunikasiya bazarında ən müasir texnologiya və ən yüksək müştəri təcrübəsindən yararlanmaq fürsəti qazandırır.

İlin əvvəlindən görülmüş genişmiqyaslı işlər və yatırılmış iri həcmli investisiyalar nəticəsində Bakcell özünün 4G şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bakcell şəbəkəsinin üstünlüyünü 4G xidməti ilə əhatə olunmuş bölgələrin əhalisinə əyani şəkildə təqdim etmək məqsədilə 16 şəhər və rayonda - Oğuz, Ağstafa, Şabran, Qazax, Siyəzən, Ucar, Zaqatala, Lənkəran, Salyan, Qax, Qəbələ, Yevlax, Cəlilabad, Şəki, Şirvan və Saatlıda yaşayan abunəçilərə 5 GB həcmində PULSUZ internetdən istifadə etmək imkanı verilib. 1 sentyabr-31 oktyabr tarixləri arasında keçiriləcək bu kampaniyada iştirak etmək üçün abunəçilər sadəcə telefonda *304#YES kodunu yiğmalı və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şeçməlidirlər.

Kampaniya zamanı təqdim olunan PULSUZ internet trafikindən istifadə etmək fürsəti hər abunəçiyə yalnız bir dəfə verilir. Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə PULSUZ dəyişə bilərlər. Həmin bölgələrdə yerləşən diler dükanlarının ünvanları aşağıdakı linkdədir:
https://www.bakcell.com/az/free_5_gb_internet_on_4g_network

5GB həcmində PULSUZ internet yalnız “Bakcell”in 4G şəbəkəsində 30 gün ərzində  istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər. Pulsuz trafik başa çatandan sonra abunəçilər Bakcell şirkətinin qiyməti 5 AZN-dən başlayan sərfəli internet paketlərindən birini əldə edib ultra-yüksək sürət və ən yüksək keyfiyyətli müştəri təcrübəsindən yararlanmağa davam edə bilərlər. Təqdim olunan internet paketləri barədə ətraflı məlumat www.bakcell.com səhifəsindən və Bakcell şirkətinin Facebook və İnstagram sosial şəbəkələrindəki rəsmi səfihələrindən əldə oluna bilər.
4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. 2015-ci ildə Bakcell şirkəti özünün 4G şəbəkəsində ən son texnoloji yenilik olan LTE “Advanced Carrier Aggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasının tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib.
Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-dən 12 bölgənin sakinlərinə PULSUZ 4G İnternet

26-10-2018

Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

23-01-2019

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

Bakcell-dən ikiqat internet

03-05-2018

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

Bakcell-in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə

02-10-2018

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019

“Bakcell”dən eksklüziv təkliflə smartfon al

19-07-2024

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə