Previous Next
Bağla

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018 15:12
Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

Bakcell şirkəti öz abunəçilərini ən yüksək keyfiyyətli mobil rabitə xidmətləri və ən üstün rəqəmsal müştəri təcrübəsi ilə təmin etmək məqsədilə sərfəli təkliflər hazırlayır və ultra-sürətli 4G/LTE şəbəkəsinin əhatə dairəsini genişləndirir.

Xeberler.az məlumat verir ki, müştərilərinə bütün Bakı və Abşeron ərazisi və ölkənin 30-dan çox rayon və şəhər mərkəzində mövcud olan 4G xidmətlərin üstünlüklərindən istifadə imkanı yaratmaq üçün Bakcell sərfəli İnternet paketləri təklif edir. Bu təkliflər bütün müştəri seqmentlərinin tələb və ehtiyacını qarşılamaq üçün nəzərdə tutulub.

Belə ki, internetdən tez-tez istifadə edən abunəçilər xüsusi Data SİM kartlarını əldə edib 10 Gb, 30 Gb, 50 Gb həcmində və hətta limitsiz data Sür@ paketlərindən yararlana bilər. Müvafiq olaraq 12, 20, 30 və 50 manata təklif olunan yalnız internet paketləri sayəsində abunəçilər sürəti saniyədə 225 meqabitə çatan ultra-sürətli 4G xidmətindən istifadə edərək mobil cihazlarda və Smart televizorlarda yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq imkanına malikdirlər.

Qeyd edək ki, Bakcell-in təklif etdiyi bütün internet paketlər 4G şəbəkəsində istifadə oluna bilər. Başqa sözlə, Bakcell-in ən müasir LTE-A şəbəkəsindən yararlanan abunəçilər maksimum sürət və rahatlıqla yanaşı internet bağlantısının ən yüksək effektivliyini əldə edirlər. Bazarda ən innovativ mobil operator olan Bakcell bütün müştəri seqmentlərinin tələb və ehtiyaclarını öyrənmək üçün daim bazar araşdırmaları aparır və müasir smartfon istifadəçilərinin tələblərinə uyğun internet paketləri təqdim edir. Belə ki, 1,3,5, 10 və 20 Gb həcmində təqdim olunan paketlər abunəçilərə istifadə çevikliyi və rahatlığı ilə yanaşı çox sərfəli qiymətə böyük həcmdə internet trafiki verir ki, istifadəçilər Bakcell-in ən üstün 4G şəbəkəsindən sözün əsl mənasında faydalanmaq imkanına malik olurlar.

Bakcell-in smartfonlar üçün nəzərdə tutulmuş internet təklifləri barədə ətraflı məlumatı bu səhifəyə, Data SİM kartları üçün nəzərdə tutulmuş yalnız internet təklifləri barədə daha ətraflı məlumat isə buraya daxil olaraq əldə edə bilərsiniz. Bakcell özünün yüksək keyfiyyətli 4G/LTE xidmətlərini daha çox müştəri üçün əlçatan etmək məqsədilə 4G şəbəkəsinin əhatə dairəsinin daha da genişləndirilməsinə yönəlmiş işləri davam etdirir. Şirkət bundan sonra da müasir mobil rabitə istifadəçilərini yenilənmiş, rahat və olduqca sərfəli tarif, məhsul və xidmətlərlə təmin edəcək. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan P3 Communications şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021
Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018
Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017
Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019
Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018
Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018
Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018
Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

Bakcell-in rouminq xidmətindən istifadə daha da asanlaşdı

29-11-2018
Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

23-01-2019
Bakcell-dən 12 bölgənin sakinlərinə  PULSUZ 4G İnternet

Bakcell-dən 12 bölgənin sakinlərinə PULSUZ 4G İnternet

26-10-2018
Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018
Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020
Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019
Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019
Bakcell yeni kampaniyaya başladı

Bakcell yeni kampaniyaya başladı

05-12-2016
Bakcell-dən ikiqat internet

Bakcell-dən ikiqat internet

03-05-2018
Bakcell yeni internet paketlərini təqdim edib

Bakcell yeni internet paketlərini təqdim edib

07-11-2019
“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

“Bakcell”in Klass tariflərində eyni qiymətə daha çox dəqiqə və internet

14-12-2020
Metroda sürətli internet olacaq-Yenilik

Metroda sürətli internet olacaq-Yenilik

17-01-2018
Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018
Bakcell limitsiz internet paketlərini təqdim edib

Bakcell limitsiz internet paketlərini təqdim edib

14-10-2016
Bakcell Formula 1 yarışına hazırdır

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019
Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017
Bakcell-dən endirim kampaniyası

Bakcell-dən endirim kampaniyası

19-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə