Previous Next
Bağla

Bakcell-dən 12 bölgənin sakinlərinə PULSUZ 4G İnternet

26-10-2018 10:00
Bakcell-dən 12 bölgənin sakinlərinə  PULSUZ 4G İnternet

Bakcell şirkəti ölkənin daha 12 bölgəsinin sakinlərinə 5 Giqabayt həcmində PULSUZ 4G interneti əldə etmək və telekommunikasiya bazarında ən müasir texnologiya və ən yüksək müştəri təcrübəsi ilə tanış olmaq fürsəti qazandırır.

Bakcell əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsinə malikdir. Şirkətin 1500-dən çox LTE baza stansiyası ilə saniyədə 225 meqabitə qədər sürəti dəstəkləyən 4G şəbəkəsi gündən-günə genişlənir və artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzini əhatə edir. Özünün 4G şəbəkəsinin əhatə dairəsini Azərbaycanın bölgələri üzrə sürətlə genişləndirən Bakcell həmin bölgələrdə yaşayan abunəçilər üçün təşkil edilmiş xüsusi kampaniya çərçivəsində 4G şəbəkəsində istifadə etmək üçün 5 Giqabayt PULSUZ İnternet hədiyyə edir. Bu dəfə Kürdəmir, Ağdaş, İmişli, Masallı, Şəmkir, Mingəçevir, Hacıqabul, Lerik, Tovuz, Ağcabədi, Daşkəsən və Göyçayda yaşayan abunəçilər pulsuz internet trafiki əldə edib ölkənin ən sürətli və etibarlı mobil şəbəkəni sınaqdan keçirməyə imkan qazanıblar. Qeyd edək ki, bundan əvvəl həmin kampaniya Azərbaycanın digər 20 bölgəsində həyata keçirilib.

4G texnologiyası mobil cihaz vasitəsilə həyata keçirilən yükləmə, video zəng, mobil televiziya və ya sosial şəbəkələrdən istifadə kimi əməliyyatların sürətini əhəmiyyətli dərəcədə yüksəltmək üçün yaradılmış dördüncü nəsil simsiz məlumatötürmə şəbəkəsidir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir. Bakcell şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər.

Xeberler.az  bildirir ki, yuxarıda qeyd olunan bölgələrin sakinləri 23 oktyabr – 8 yanvar tarixləri arasında keçiriləcək bu kampaniyada iştirak etmək üçün sadəcə telefonda *304#YES kodunu yiğmalı və cihazın ayarlarında 4G/LTE şəbəkəsini şeçməlidirlər. Kampaniya zamanı təqdim olunan PULSUZ internet trafikindən istifadə etmək fürsəti hər abunəçiyə yalnız bir dəfə verilir. Kampaniyadan yararlana bilmək üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartla təmin olunmalıdır. Qeyd edək ki, yuxarıda qeyd olunan bölgələrdə yaşayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM- kartı ilə PULSUZ dəyişə bilərlər. Həmin bölgələrdə yerləşən diler dükanlarının ünvanları aşağıdakı linkdədir: https://www.bakcell.com/az/free_5_gb_internet_on_4g_network

5GB həcmində PULSUZ internet yalnız “Bakcell”in 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmçinin, hədiyyə 5GB paketi yalnız yuxarıda qeyd olunan rayon və şəhərlərin ərazisində istifadə oluna bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet

23-01-2019

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Bakcell yeni kampaniyaya başladı

05-12-2016

Bakcell 4.5G ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb

12-09-2019

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018

Bakcell-in 4G xidməti artıq Gəncədə-Foto

16-11-2017

Bakcell-dən ikiqat internet

03-05-2018

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020

Bakcell-in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17-07-2018

Bakcell-in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə

02-10-2018

Bakcell-in 4G LTE şəbəkəsi ölkənin şimal bölgəsində

09-02-2018

“Bakcell”dən Şuşada pulsuz Wi-Fi

25-04-2022

Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı

19-12-2018

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

25-02-2021

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

16-09-2021

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

26-12-2018

“Bakcell”dən eksklüziv təkliflə smartfon al

19-07-2024

Bakcell internet paketin qiymətini 10 qəpiyə saldı

09-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə