Previous Next
Bağla

Bakcell Bakutel-2018 sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

05-12-2018 15:52
Bakcell Bakutel-2018 sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

Bakcell şirkəti Bakı şəhərində start götürmüş “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransının ziyarətçilərini ən müasir texnologiyalar, rahat və müasir məhsul və xidmətlər və şirkətin son nailiyyətləri ilə tanış edir.

Xeberler.az  bildirir rki, sərginin ilk günündə media nümayəndələri üçün keçirilmiş brifinqdə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers şirkətin “Bakutel-2018” sərgisində nümayiş olunan texnologiyalar və rəqəmsal layihələr barədə danışıb:

“Bu il stendimizin qonaqları Azərbaycanda ilk dəfə olaraq “5G-yə hazırlıq” adlanan 4.5G texnologiyası üzərindən təmin olunan 600 Mbps mobil sürətini sınaqdan keçirə biləcək, şirkətin ən uğurlu layihələri və təşəbbüsləri barədə məlumat alacaqlar.
2019-cu il ərzində ölkənin ən sürətli 4G şəbəkəsinin regionlara doğru genişləndirilməsi və onun inkişafı istiqamətində aparılan işlər davam etdiriləcək. Gələn ilin sonuna qədər Bakcell Azərbaycan əhalisinin 95 faizini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır”.

Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi”ni sınaqdan keçir və hədiyyə qazan!

“Bakutel-2018” sərgisində quraşdırılmış Bakcell stendinin qonaqları tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilmiş və Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsətinə malikdirlər. Öz gücünə güvənən iştirakçılar isə stenddə quraşdırılmış xüsusi qurğuda top ataraq yarışacaq və “Bakcell”dən pulsuz İnternet qazanacaq və 4G internetinin üstünlüklərindən yararlanacaqlar.

“Mənim Bakcellim” aplikasiyasının yeni istifadəçiləri üçün lotereya

Sərgi ziyarətçiləri Bakcell şirkətinin yeni istifadəyə verilmiş “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış ola, müştəri xidmətləri ilə canlı əlaqə yaradıb sualları verə, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat ala biləcəklər. “Google Play Store” və ya “AppStore” mobil dükanlarından “Mənim Bakcellim” aplikasiyasını yükləyən qonaqlar isə xüsusi lotereyada iştirak edib hədiyyə qazanacaqlar.

“AppLab” guşəsində ən maraqlı startap layihələri

“AppLab” guşəsində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot
variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən AppLab inkubasiya mərkəzinin 2 yeni layihəsi - “Run2Help” və “bilik.az” təqdim ediləcək.

“Wi-Fi Evinizdə” – 4G olan hər yerdə internet

“Wi-Fi Evinizdə” guşəsində sərgi ziyarətçiləri rahat ev şəraitində “Bakcell”in yeni təqdim olunmuş Wi-Fi qurğusunun üstünlüklərini görəcək, ölkənin ən sürətli 4G internetindən istifadə edəcək və “Virtuall Realliq” proqramında futbol oynayacaqlar.

“Ulduzum”la oyna və hədiyyə qazan!

Bakcell şirkətinin “Bakutel 2018” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz və hədiyyəsiz ayrılmayacaqlar. Onlar “Ulduzum” loyallıq proqramına aid labirint oyununda iştirak edərək “Ulduzum” tərəfdaşlarından maraqlı hədiyyələr qazanacaqlar. Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti “Bakutel 2018” sərgisinin bütün ziyarətçilərini öz stendinə dəvət edir.

Kiçik və orta biznesə dəstək

Nikolai Beckers bildirib ki, Bakcell şirkəti bu il Bakutel sərgisi çərçivəsində innovasiya və texnologilayarı nümayiş etdirməklə bərabər, kiçik və orta sahibkarlığa da dəstək göstərir. Belə ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təşkil olunan digər stenddə də təmsil olunan Bakcell şirkəti ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə start verilmiş “KOB Dəstək” proqramı çərçivəsində startapların və bizneslərin “Bakutel 2018” sərgisində təmsil olunmasına dəstək göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

28-11-2018
Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

10-12-2018
Bakcell Bakutel -2019 sərgisində iştirak edir

Bakcell Bakutel -2019 sərgisində iştirak edir

04-12-2019
Bakcell stendi Bakutel-in ən orjinalı seçilib

Bakcell stendi Bakutel-in ən orjinalı seçilib

13-12-2017
Bakcell yeni texnologiyalarını təqdim edir

Bakcell yeni texnologiyalarını təqdim edir

05-12-2017
Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

Azərbaycanda ilk dəfə 600 Mbps mobil sürəti nazirə təqdim edilib

05-12-2018
Bakcell kiçik və orta biznesin Bakutel 2018 sərgisində iştirakını dəstəkləyir

Bakcell kiçik və orta biznesin Bakutel 2018 sərgisində iştirakını dəstəkləyir

06-12-2018
Bakcell-in stendi Ən yaxşı korporativ üslub sertifikatına layiq görülüb

Bakcell-in stendi Ən yaxşı korporativ üslub sertifikatına layiq görülüb

09-12-2019
Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

30-11-2016
Bakcell Bakutel-də yeni xidmətlərini təqdim edib

Bakcell Bakutel-də yeni xidmətlərini təqdim edib

02-12-2015
Bakcell ağıllı avtomobilini təqdim edib

Bakcell ağıllı avtomobilini təqdim edib

03-12-2015
“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021
Bakcell Bakutel-də gənclər üçün imkanlar nümayiş etdirir

Bakcell Bakutel-də gənclər üçün imkanlar nümayiş etdirir

04-12-2015
Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

16-10-2018
Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

Bakcell-in 4G şəbəkəsi artıq bütün ölkə ərazisini əhatə etməkdədir

04-03-2019
Bakcell abunəçilərinə bayram sovqatı

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019
 "Bakcell"dən iPhone istifadəçilərinə xəbər

"Bakcell"dən iPhone istifadəçilərinə xəbər

28-03-2023
Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

Bakcell 30 manata yeni 50 GB İnternet paketini təqdim edir

22-05-2020
Bakcell Şəkidə xidmət mərkəzi istifadəyə verib

Bakcell Şəkidə xidmət mərkəzi istifadəyə verib

09-09-2009
Nar BakuTel-2018 sərgisində iştirak edəcək

Nar BakuTel-2018 sərgisində iştirak edəcək

30-11-2018
Bakutel-də iştirak edəcək startaplar -Siyahı

Bakutel-də iştirak edəcək startaplar -Siyahı

20-10-2017
Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı

Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı

19-12-2018
Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir   

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir  

25-07-2022
50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə