Bakcell şirkəti öz korporativ müştərilərinə yüksək keyfiyyətli məhsul və xidmətlərini təqdim etməkdə davam edir.
Xeberler.az-ın məlumatına görə, Caspian Telecom MMC-nin sədr müavini xanım Mahizər Tağıyeva bildirib ki, Caspian Telecom Bakcell şirkəti ilə 2009-cu ildən əməkdaşlığa başlayıb və bu illər ərzində Bakcell şirkəti bu münasibətdə yüksək standartlara cavab verən korporativ müştəri xidmətlərini təmin edib, fərdi yanaşma və çevik qiymət siyasətini həyata keçirib:
"Bu səbəbdən, bir korporativ müştəri olaraq, biz digər şirkətlərə də Bakcell-in xidmətlərindən istifadə etməyi tövsiyə edirik. İnanırıq ki, telekommunikasiya sahəsində fəaliyyət göstərən bu iki aparıcı şirkət arasında əməkdaşlıq gələcəkdə yalnız korporativ müştəri-şirkət münasibəti çərçivəsində məhdudlaşmayacaq və birgə daha maraqlı, innovativ layihələrə imza atılacaq”.
"Caspian Telecom kimi müştəri ilə əməkdaşlıq etmək bizım üçün olduqca xoşdur. Bizim korporativ müştərimiz olmaqla yanaşı, bu şirkətin innovativ layihələrin dəstəklənməsinə olan peşəkar münasibəti və istəyi bizə insanları onların həyatını daha da asanlaşdıran qabaqcıl texnologiya və nadir təkliflərlə təmin etmək üçün daha bir imkan yaradır. Bizim şirkətlərimiz eyni məqsədi bölüşürlər – müştərilərimizə onların xərclədiyi pulun müqabilində daha çox dəyər vermək. Biz hər bir korporativ müştərimizlə eyni təcrübəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik”,- deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.
Caspian Telecom MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna fiber optik texnologiya bazasında ən müxtəlif İnformasiya və Kommunikasiya Texnologiyaları xidmətləri göstərir.
Caspian Telecom MMC fiber-optik kabel üzərindən internet, fiber-optik və ayrılmış Ethernet xətləri, virtual özəl şəbəkələr (VPN), SWİFT, video müşahidə, korporativ İP telefoniya, şəbəkə təhlükəsizliyi, şəbəkə monitorinqi, 3G texnologiyaları ilə bank sistemlərinin qurulması xidmətlərini göstərməklə yanaşı, eyni zamanda Ailə TV kabel televiziyası və Ailə NET internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri