Previous Next
Bağla

AzerTelecom 10 illiyini qeyd edir

27-08-2018 18:55
AzerTelecom 10 illiyini qeyd edir

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayder şirkəti AzerTelecom MMC-nin fəaliyyətə başlamasından 10 il ötür.

Xeberler.az məlumat verir ki, 2008-ci ildə fəaliyyətə başlamış magistral internet provayder şirkəti ötən 10 il ərzində Azərbaycanın inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sektorunun ayrılmaz bir hissəsinə çevrilərək korporativ sektorda qabaqcıl telekommunikasiya xidmətləri təqdim edib, ölkənin dayanıqlı və fasiləsiz internet rabitəsi xidməti ilə təminatında mühüm rol oynayıb.

Son 10 ildə şirkətin fəaliyyətində mühüm nailiyyətlər əldə olunub. Belə ki, təsis olunduqdan sonra şirkətin dayanıqlı DWDM texnologiyasına əsaslanan magistral şəbəkəsi istismara hazır vəziyyətə gətirilib, beynəlxlaq magistral xətlər və mübadilə mərkəzlərinə qoşulma həyata keçirilib, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, internetin topdan satışı, beynəlxalq tranzit kimi xidmətlərə start verilib. Daha sonrakı mərhələlərdə korporativ müştərilərə digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edilib, Bakı və regionlarda şirkətin malik olduğu infrastruktur daha da genişlənib. Nəticədə, AzerTelecom ölkəmizin İKT sektorunda ən aparıcı şirkətlərdən birinə çevrilib.

AzerTelecom şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, hazırda magistral internet provayder şirkəti ölkənin telekommunikasiya sektorunun inkişafına öz töhfəsini verməkdə davam edir. “AzerTelecom öz fəaliyyətində peşəkarlıq, müştəri məmnuniyyəti, innovativlik, qabaqcıl texnologiyaların tətbiqi, dinamik inkişaf və sosial məsuliyyət kimi prinsiplərdən çıxış edir. Biz cəmiyyətin və İKT sektorunun dayanıqlı inkişafı naminə müxtəlif layihələrin reallaşmasına, yüksək texnologiyaların, innovasiyaların tətbiqinə, eləcə də korporativ sosial məsuliyyət strategiyamıza uyğun olaraq cəmiyyətin təhsil şüurunun inkişaf etdirilməsi istiqamətində müxtəlif elm və təhsil yönümlü layihələrin icrasına mühüm diqqət yetiririk və bu istiqamətlərdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik. AzerTelecom şikrətinin bundan sonrakı dönəmdə də faəliyyətinin ölkəmiz üçün faydalı olacağına inanırıq”- deyə Fuad Allahverdiyev qeyd edib.

Qeyd edək ki, AzerTelecom MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkətin əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru Bakcell şirkətidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. Bu şəbəkə Naxçıvan Muxtar Respublikasını da əhatə edir. AzerTelecom MMC-nin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

24-09-2018

AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

20-06-2018

AzerTelecom müasir xidmətlər təqdim edir

01-02-2018

AzerTelecom şirkətindən SİP telefoniya xidməti

28-09-2018

AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

28-06-2018

AzerTelecom Karyera sərgisində iştirak edib

02-03-2018

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

05-03-2019

AzerTelecom BakuTel 2018 sərgisində telekommunikasiya xidmətlərini təqdim edib

10-12-2018

AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

18-10-2018

AzerTelecom Baku Tel 2018 sərgisində iştirak edəcək

24-11-2018

AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

25-12-2018

AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

14-02-2019

Azertelecom şirkəti ilə Facebook arasında müqavilə imzalanıb

08-11-2017

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

23-04-2020

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

AzerTelecom Milli İnternet resursların inkişafına dəstək verir

21-12-2017

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019

AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

09-04-2019

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə