Previous Next
Bağla

AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

24-09-2018 17:55
AzerTelecom Türkmentel 2018 sərgisində iştirak edəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 10-12 oktyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində keçiriləcək “Türkmentel 2018” 11-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisində təmsil olunacaq.

Xeberler.az  bildiri ki, şirkətin sərgidə stendlə iştirak məqsədi telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, onlar ilə fikir və təcrübə mübadiləsi, texnoloji yeniliklərlə tanış olmaq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsidir.

Sayca 11-ci olan “Türkmentel 2018” Telekom və İT Sənayesi sərgisində bir çox yerli və xarici şirkətlərin telekommunikasiya və şəbəkə, informasiya texnologiyaları infrastrukturu və data mərkəz, telemetriya və ölçü vasitələri, rəqəmsal biznes həlləri, simsiz kommunikasiya, peşəkar audio və video yazma avadanlıqları və s. sahələrdə məhsulları təqdim olunacaq.

Qeyd edək ki, AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı “Bakcell” şirkətidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. Bu şəbəkə Naxçıvan Muxtar Respublikasını da əhatə edir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

18-10-2018

AzerTelecom ölkədə infrastrukturunu genişləndirir

20-06-2018

AzerTelecom 10 illiyini qeyd edir

27-08-2018

AzerTelecom şirkətindən SİP telefoniya xidməti

28-09-2018

AzerTelecom müasir xidmətlər təqdim edir

01-02-2018

AzerTelecom Baku Tel 2018 sərgisində iştirak edəcək

24-11-2018

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019

AzerTelecom Karyera sərgisində iştirak edib

02-03-2018

AzerTelecom kİber hücumdan müdafiə xidməti təqdim edir

28-06-2018

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

05-03-2019

AzerTelecom BakuTel 2018 sərgisində telekommunikasiya xidmətlərini təqdim edib

10-12-2018

AzerTelecom Milli Net 2018 müsabiqəsinə baş sponsor olaraq dəstək oldu

25-12-2018

Azertelecom şirkəti ilə Facebook arasında müqavilə imzalanıb

08-11-2017

AzerTelecom Xəzər İnnovasiya Texnologiyaları sərgisinə qatılıb

19-08-2019

AzerTelecom şirkətinin iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

14-02-2019

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

AzerTelecom xüsusi karantin rejimində ölkəni fasiləsiz internetlə təmin edir

23-04-2020

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020

Azərbaycan və Türkmənistan dövlətlərarası saziş imzaladı

28-11-2019

AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

12-10-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə