Previous Next
Bağla

Ailə TV-ni dünyanın istənilən yerində izləmək olacaq

06-03-2015 12:30
Ailə TV-ni dünyanın istənilən yerində izləmək olacaq

Ailə TV kabel televiziyası operatoru, ölkədə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət  göstərən “Caspian Telecom” MMC şirkətinin brendidir.  “Caspian Telecom” MMC eyni zamanda provayder şirkəti olaraq, korporativ şəbəkə operatoru və sistem inteqratoru kimi fəaliyyət göstərir.

Xəbərlər  Ailə TV və Ailə NET-in  fəaliyyətləri və gələcək istiqamətləri ilə maraqlanıb.

Caspian Telecom şirkətinin mətbuat katibi Sabir Məşədizadə  bu istiqamətdə Xəbərlər-in suallarını cavablandırıb.

 -Ailə TV və Ailə NET şəbəkəsinin genişləndirilməsi üzrə işlər nə yerdədir?

- Ölkəmizdə İKT sahəsinin inkişafının əsas prioritet istiqamətlərindən biri tam olaraq rəqəmsal yayıma keçid və bütün ölkə üzrə geniş zolaqlı fiber-optik internet şəbəkəsinin qurulmasıdır. Bu strategiyaya arxalanaraq, Caspian Telecom şirkəti 2010-cu ildən Ailə TV brendi altında rəqəmsal kabel televiziyası, 2011-ci ildən isə Ailə NET brendi altında internet provayder xidmətləri göstərir. Görülən işlər nəticəsində, Ailə TV/NET şəbəkəsinə Bakı şəhərinin, Xətai, Nizami, Nərimanov, Binəqədi, Nəsimi, Səbail, Suraxanı  rayonu, o cümlədən Bakıxanov və Hövsan qəsəbəsi, Gəncə şəhəri, eləcə də Yeni Gəncə qəsəbəsi artıq tam olaraq daxil edilib.

 -Rəqəmsal yayımın stimullaşdırılması üzrə Ailə TV hansı təşəbbüslər göstərir?

 

 -CaspianTelecom şirkəti öz xidmətlərinin abunəçilərə daha mükəmməl olması məqsədi ilə səylə çalışır və mütəmadi olaraq müxtəlif güzəştli kampaniyalar keçirir. Hazırda Ailə TV-nin təqdim etdiyi “Resiver və 4 ay müddətinə 100 TV kanal = 60 AZN” aksiyası ölkəmizdə rəqəmsal yayıma keçidi stimullaşdıran ən optimal kampaniyadır. Bu istiqamətdə Gəncə şəhərində də bir çox əlavə stimullaşdırıcı işlər görülməkdədir.

 -Ailə TV abunəçilərinə  kabel televiziyası xidməti ilə yanaşı hansı yeni  xidmətləri təqdim etməyi nəzərdə tuturmu?

 - Qeyd etdiyimiz kimi, Caspian Telecom şirkəti  hazırda Ailə TV brendi altında kabel televiziyası, Ailə NET brendi altında isə internet provayder xidmətləri göstərir. Yaxın günlərdə şirkət təqdim olunan xidmət növlərinin də sayının artırılmasını və ən son, qabaqcıl texnologiyaların tətbiqini planlaşdırır, bu da göstərilən xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı şirkətin inkişafının prioritet istiqaməti hesab olunur.

Caspian Telecom şirkəti yaxın vaxtlarda abunəçilərə ən müasir tələblərə cavab verən OTT/İP TV xidmətinin tətbiqini planlaşdırır. Over The Top texnologiyası üzərindən abunəçilərə təqdim olunacaq yeni Ailə TV xidmətini dünyanın istənilən yerində izləmək mümkün olacaq ki, bu da ilk növbədə əhatə dairəsi baryerini tam olaraq üstələyəcək. Digər tərəfədən yeni Ailə OTT/İP TV xidməti ölkəmizin ixrac potensialının güclənməsində də öz töhfəsini verəcək.

 

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yerli provayder abunə haqlarını dəyişdirmədən internetə qoşulma sürətini artıracaq

13-08-2014

Ailə TV-dən yeni HD TV Resiver

25-01-2019

Ailə TV Masazırda

27-10-2015

Ailə TV-nin 10 yaşı tamam olur

17-04-2017

Ailə TV HD telekanalları əsas TV-paketə daxil etdi

19-04-2016

2-ci televizoru Ailə TV-yə qoşun, 1 ay pulsuz izləyin

15-02-2016

Yerli kabel televiziyası abunəçilərinə kompensasiya və bonuslar təqdim edəcək

09-04-2014

Ailə NET-in əhatə dairəsi genişlənir

17-07-2017

“Bakutel-2015 sərgisində yeni xidmətlərimiz təqdim olunacaq”

01-12-2015

Ailə NET internetin sürətini artırır

13-05-2015

İstədiyiniz filmləri Ailə Cinema-da izləyin

29-12-2015

Ailə TV -dən 1 ay pulsuz istifadə imkanı

04-03-2016

Ailə TV-dən istifadəçilərinə bayram hədiyyəsi

23-09-2015

Ailə TV-nin yeni saytı istifadəyə verildi

30-07-2015

Ailə TV talassemiyalı uşaqlara dəstək oldu

13-12-2014

Ailə NET internet sürətini artırır

17-03-2018

“Bakcell müştərilərinə yüksək keyfiyyətli xidmət təqdim edir”

16-05-2016

Ailə NET-dən optik internetlə bağlı kampaniya

06-05-2016

Ailə TV aksiyaya qoşulanlara WiFi router verəcək

22-10-2014

Ailə TV yeni xidmətlərini təqdim edib

27-04-2015

Ailə TV-dən rəqəmsal yayım abunəçilərinə yenilik

09-09-2015

İnternetin sürəti 2 qat artacaq - Ailə NET

06-06-2018

"Ailə TV”dən Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

09-10-2020

Kabel Televiziyasının rəqəmsal abunəçiləri xarici paketləri 2 ay müddətində tamamilə pulsuz izləyəcəklər

11-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə