Previous Next
Bağla

“Peerstack Academy” 3-cü mərhələ üzrə qəbul elan edir

08-10-2025 12:51
“Peerstack Academy” 3-cü mərhələ üzrə  qəbul elan edir

2025-ci ilin aprel ayında fəaliyyətə başlayan “Peerstack Academy” qısa müddətdə Azərbaycanda İT təhsil sahəsində önəmli mövqe qazanıb. Akademiyaya edilən müraciətlər arasından seçilən 80 tələbə artıq tədris prosesinə uğurla qoşulub və intensiv şəkildə öyrənməyə davam edir.

“Peerstack Academy”də tədris il boyu fasiləsiz və çevik şəkildə həyata keçirilir. Akademiyanın 3-cü mərhələsi 2025-ci ilin oktyabr ayında start götürəcək. Yeni qəbul mərhələsi gəncləri dinamik təhsil mühitinə qoşulmağa və qlobal standartlara uyğun imkanlardan yararlanmağa dəvət edir.

Akademiya ABŞ-nin qabaqcıl “Qwasar Silicon Valley” platforması ilə əməkdaşlıq edir. Tədris proqramları beynəlxalq standartlara uyğun, layihə əsaslı və praktik yönümlüdür. Full-Stack, Front-End və Back-End istiqamətlərini əhatə edən dərslər Ruby, JavaScript, React, PostgreSQL, REST API, Node.js, C, SQL, Java, Python kimi texnologiyalar üzrə real iş mühitinə uyğun və “peer-to-peer” metodologiyası ilə keçirilir. Bu yanaşma tələbələrdə texniki biliklərlə yanaşı əməkdaşlıq, analitik düşüncə və problem həll etmə bacarıqlarını da inkişaf etdirir.

Proqram “NEQSOL Academy”nin dəstəyi ilə həyata keçirilir və gənclər üçün 100%-dək təqaüd imkanları təqdim olunur. Təqaüdlər tələbələrin bilik və bacarıqlarına, həmçinin Akademiyada göstərdikləri nəticələrə əsasən verilir. Bu, həm daha çox gəncin proqramda iştirakını təmin edir, həm də Azərbaycanın İT ekosisteminin inkişafına töhfə verir.

Proqramı uğurla başa vuran tələbələr iki beynəlxalq diplom və real layihələrdən ibarət peşəkar portfolio əldə edirlər. Onlara işlə təmin olunma prosesində də dəstək göstərilir, bu da karyera imkanlarını genişləndirir və yerli bazarda yüksək ixtisaslı İT mütəxəssislərinin yetişməsinə şərait yaradır.

Qeyd edək ki, Peerstack tələbələri artıq təhsil müddətində Azərbaycanın aparıcı İT şirkətlərindən staj və təcrübə imkanları əldə etməyə başlayıblar. Bu proqramın effektivliyini və əmək bazarının real tələblərinə uyğunluğunu göstərir. Akademiyada tədris yalnız texniki biliklərlə məhdudlaşmır. Tələbələr təqdimat, komanda işi, qərarvermə və tənqidi düşüncə kimi yumşaq bacarıqları da inkişaf etdirirlər. Bununla yanaşı, mütəmadi olaraq proqramçılar və İT sektorunun peşəkarları ilə seminarlar, görüşlər və praktiki sessiyalar təşkil olunur, bu da tələbələrin real iş mühitinə hazırlanmasını təmin edir. İntensiv dərslərə baxmayaraq, tələbələrin sosial və əyləncəli fəaliyyətlərə vaxt ayırması da təşviq olunur. Akademiyanın müasir infrastrukturu çərçivəsində film seansları, intellektual oyunlar və müxtəlif tədbirlər keçirilir.

“Peerstack Academy” “NEQSOL Holding”in tərkibində olan NEQSOL Academy, Təhsilin İnkişafı Fondu və “Technology SNI” tərəfdaşlığı ilə yaradılıb. Hazırda Azərbaycan Texniki Universitetinin ərazisində yerləşən tədris mərkəzi 120 monoblok və 35 noutbuk, 1,000 m²-lik müasir açıq ofis, komanda işi və istirahət zonaları ilə təmin olunub. “Peerstack Academy” tələbələrə beynəlxalq standartlara uyğun təhsil və geniş inkişaf imkanları təqdim edir. İT sahəsində gələcəyini qurmaq istəyən bütün gənclər 3-cü mərhələyə qoşulmağa dəvət olunur.

Ətraflı məlumat və qeydiyyat:

Facebook: facebook.com/peerstack.tech
Instaqram: instagram.com/peerstack.tech
LinkedIn: linkedin.com/company/peerstack-academy

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30-01-2026
Peerstack Academy: İT sahəsində Qwasar Silicon Valley təhsil proqramları artıq Azərbaycanda

Peerstack Academy: İT sahəsində Qwasar Silicon Valley təhsil proqramları artıq Azərbaycanda

17-04-2025
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026
Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

23-04-2026
“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024
Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

04-12-2025
Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024
NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021
Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

24-06-2015
“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

18-12-2025
Code Academy-nin məzunları sertifikatla təltif olunub- Fotolar

Code Academy-nin məzunları sertifikatla təltif olunub- Fotolar

23-05-2016
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır

NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır

28-03-2024
Yüksək Texnologiyalar Parkı yeni layihəyə başlayır

Yüksək Texnologiyalar Parkı yeni layihəyə başlayır

11-06-2015
MEDİA və “Euronews” birgə təlim proqramına start verir

MEDİA və “Euronews” birgə təlim proqramına start verir

21-10-2025
Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

04-07-2023
Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16-02-2026
Code Academy proqramçı hazırlamağa davam edir- Güzəştli şərtlərlə

Code Academy proqramçı hazırlamağa davam edir- Güzəştli şərtlərlə

08-01-2016
“ATL Akademiya” ADA Universitetinin tələbələrinə güzəştli təhsil imkanı  təqdim edir

“ATL Akademiya” ADA Universitetinin tələbələrinə güzəştli təhsil imkanı təqdim edir

07-06-2021
NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə, "Parla" iştirakçıları üçün xüsusi tədbir keçirib

NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə, "Parla" iştirakçıları üçün xüsusi tədbir keçirib

10-03-2025
Code Academy proqramçılar hazırlayacaq

Code Academy proqramçılar hazırlayacaq

21-09-2015
Bakıda yeni İT akademiya açılır-Video

Bakıda yeni İT akademiya açılır-Video

13-09-2016
Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

08-09-2025
BBF Code Academy ilə əməkdaşlığa başlayıb

BBF Code Academy ilə əməkdaşlığa başlayıb

21-04-2016
BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə