Previous Next
Bağla

Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirib

16-12-2025 15:47
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirib

İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş “MediaTech” layihəsi çərçivəsində təlim proqramı baş tutub. “Smart Nation” ilə birgə həyata keçirilən “MediaTech: Blog the Future” tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunlu təlim proqramı olub. Təlimin əsas məqsədi texnoloji influenserliyə maraq göstərən yeni nəsil kontent istehsalçılarını bir araya gətirmək, onların praktiki biliklərini artırmaq və bu bilikləri müasir, innovativ yanaşmalarla möhkəmləndirmək olub.

Ümumilikdə 60-dan çox texno-blogerin iştirak etdiyi proqramda iştirakçılar rəqəmsal məzmun istehsalı, şəxsi brendinq, rəqəmsal marketinq strategiyaları, alqoritmlərin iş prinsipləri və mobil videoyaradıcılıq kimi sahələr üzrə intensiv sessiyalarda iştirak
ediblər. Sessiyalar real nümunələr və praktik tapşırıqlar əsasında qurularaq iştirakçılara əldə etdikləri bilikləri dərhal tətbiq etmək imkanı yaradıb.

Təlimin sonunda gələcəyin texnoloji influenserlər sosial media üçün məzmun quruluşu yaratmaq, rəqəmsal auditoriya ilə effektiv ünsiyyət qurmaq, trend analizləri aparmaq və mobil kontent istehsalında innovativ metodlardan istifadə etmək bacarıqlarını inkişaf etdiriblər.

Bu təşəbbüs Bakcell-in Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına, innovasiya və texnologiya ekosisteminin gücləndirilməsinə yönəlmiş davamlı və strateji fəaliyyətlərinin növbəti uğurlu nümunəsidir.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

⁠İnnovasiya və Süni İntellekt üzrə təqaüd proqramına qeydiyyat davam edir

02-02-2026

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!

06-02-2026

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025

“Bakcell” süni intellekt təlimi təşkil edib

20-05-2025

Bakcell və Visa tərəfdaşlığa başlayır

26-11-2025

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22-12-2025

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30-01-2026

Bakcell-in tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23-12-2025

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı olub

04-10-2025

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02-03-2026

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub

05-05-2025

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

16-09-2025

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

25-04-2025

“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

18-06-2025

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

01-08-2025

Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

24-02-2026

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

25-07-2025

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

29-09-2025

“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

11-08-2025

“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!

19-03-2025

“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda

04-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə