Previous Next
Bağla

Bakcell yeni texnologiyalarını təqdim edir

05-12-2017 15:41
Bakcell yeni texnologiyalarını təqdim edir

Bakcell şirkəti Bakutel 2017 Sərgi-Konfransında fəal iştirak edir.

Bakcell şirkəti öz ənənəsinə sadiq qalaraq bu il də ziyarətçiləri və sərgi iştirakçılarını böyük məmnuniyyətlə öz stendinə dəvət edərək, ən müasir texnologiyaları, ən son innovasiyaları, rahat və müasir məhsul və xidmətlərini, şirkətin son nailiyyətlərini onlara nümayiş etdirəcək, habelə onlar üçün bir sıra əyləncəli və maraqlı oyunlar, fan-zonalar təşkil edəcək.

Bakutel sərgisi telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin əldə etdikləri ən son nailiyyətlərini nümayiş etdirmələrinə və ziyarətçilərin, xüsusən peşəkar istifadəçilərin telekommunikasiya şirkətləri tərəfindən təqdim olunan yeniliklərlə tanış olmalarına çox gözəl imkan yaradan bir hadisədir. Mən inanıram ki, Bakcell şirkətinin stendi həmişəki kimi bu il də olduqca çəlbedici olacaq və bütün qonaqların və hətta sərgi iştirakçılarının xoşuna gələcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Bekers bildirib.

Sərgidə Bakcell stendinin ziyarətçiləri “Robot Automation Latency” (Proseslərin Robotlaşdırılması, Məlumatların Ötürülməsində Gecikmə Müddəti) nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının sürətini görmək imkanı qazanacaqlar. Bakcell və Nokia şirkətləri tərəfindən təqdim olunan bu nümayişdə məlumatların ötürülməsində gecikmə müddətinin aşağı olması, habelə sürətli, effektiv və intellektual rabitənin təmin olunmasında bütün proseslərin avtomatlaşdırılması ilə bərabər aşağı gecikmə müddətinin əhəmiyyəti diqqətə çatdırılacaqdır. Qonaqlar 1 Gb/saniyəyədək inanılmaz data sürətinə və hətta robot şousuna baxıb əylənə biləcəklər.

Bundan əlavə, Bakcell stendinin ziyarətçiləri Bakcell şirkətinin təqdim etdiyi “Bakcell TaxFree app”, “Klass Postpaid”, “MyHour” və hətta “Pulsuz İnstagram” kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış ola biləcəklər.

Həmçinin, Bakcell-in korporativ müştərilərinə yaxın gələcəkdə təklif olunacaq “Microsoft Office 365” Abunə Paketini əldə etmək istəyənlər həmin paketi Bakcell stendində öncədən sifariş edə bilərlər.

Üstəlik, stenddə Bakcell şirkətinin AppLab proqramı vasitəsilə gənc proqram tərtibatçıları tərəfindən yaradılmış 4 layihə də nümayiş etdiriləcəkdir. AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək məqsədi ilə yaradılmış proqramdır.

Bakcell şirkətinin “BakuTl 2017” stendinin ziyarətçiləri sərgidən tam əylənməmiş ayrılmayacaqlar. Onlar “Ulduzum” yaddaş oyununda iştirak edib şənlənməyə, prizlər udmağa və Bakcell şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət olunacaqlar.

“Fan-zona”ya gələn Bakcell stendinin qonaqları Foto/Video Köşkündə öz şəkillərini müxtəlif maraqlı çərçivələr və fonlarda çap etdirmək imkanına malik olacaqlar.

Stendin Sür@ zonasında qonaqlar hətta pulsuz internet trafiki əldə etmək imkanına malik olacaqlar. Belə ki, bu zonada böyük bir monitora (spidometr) qoşulmuş qaçış trenajoru quraşdırılacaq və gələnlər bu trenajorda 30 saniyə ərzində qaçmağa dəvət olunacaqlar. İştirakçılar öz qaçış sürətlərinə uyğun yığdıqları meqabaytlar həcmində internet trafiki qazanacaqlar. Bu yarışmabaşa çatdırdan sonra intirakçının qazandığı meqabaytlar növbəti gün ərzində onun telefon nömrəsinin balansına yüklənilir. İştirakçı hətta Bakcell abunəçisi olmadıqda belə, meqabaytlar hədiyyə kimi onun dostunun/yaxınının balansına yüklənə bilər.

Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti Bakutel sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə dəvət edir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell stendi Bakutel-in ən orjinalı seçilib

13-12-2017

Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

28-11-2018

“Bakcell öz şəbəkəsinə böyük həcmdə investisiya qoyur”

07-12-2017

Bakcell Bakutel-2018 sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

05-12-2018

Bakcell Bakutel -2019 sərgisində iştirak edir

04-12-2019

Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

10-12-2018

Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

30-11-2016

Bakcell Bakutel-də yeni xidmətlərini təqdim edib

02-12-2015

“Bakcell”in 4G şəbəkəsinə keç və 5 GB İnternet hədiyyə al

19-03-2021

Bakcell-in stendi Ən yaxşı korporativ üslub sertifikatına layiq görülüb

09-12-2019

Bakcell ağıllı avtomobilini təqdim edib

03-12-2015

Bakcell-dən möhtəşəm Yeni İl hədiyyəsi

11-12-2018

Bakcell Bakutel-də gənclər üçün imkanlar nümayiş etdirir

04-12-2015

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13-09-2024

Azərbaycanda ilk-5G şəbəkəsi test edilir

07-12-2017

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Bakcell stendinə azarkeş axını-Video

28-04-2023

Bakcell abunəçiləri üçün İnstagram-dan pulsuz istifadə imkanı

13-05-2016

Bakcell Digiturk-lə tərəfdaşlığa başlayıb

12-11-2015

Bakcell "Formula 1"in sürət liderlərini təqdim edir!

30-04-2023

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Bakcell startap layihələrini təqdim edir

08-12-2017

Bakcell-dən abunəçilərə Novruz hədiyyəsi

28-02-2018

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə