Previous Next
Bağla

Bakcell startap layihələrini təqdim edir

08-12-2017 11:23
Bakcell startap layihələrini təqdim edir

Bakcell şirkəti Azərbaycanın istedadlı gənc proqram tərtibatçıları tərəfindən yaradılmış layihələri nümayiş etdirir.

Bu barədə Xeberler.az-a şirkətdən məlumat verilib.

Bakcell şirkətinin “BakuTel-2017” sərgi stendində açılmış AppLab guşəsində Bakcell şirkətinin dəstəyi ilə bütünlüklə gənc yerli proqram tərtibatçıları tərəfindən layihələşdirilərək ərsəyə gətirilmiş mobil tətbiq, “tamamlanmış reallıq” (Augmented Reality) layihəsi, onlayn platforma və İOT (Əşyaların İnterneti) startapı sərgilənir. 2017-ci ildə AppLab mərkəzində inkubasiya prosesindən keçmiş bu layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

“Biz tam olaraq Azərbaycan developerləri tərəfindən yaradılmış bu innovativ mobil tətbiqləri və İT sahəsində digər yenilikləri “BakuTel-2017” sərgisində bizim stendimizi ziyarət edən qonaqlara nümayiş etdirməkdən qürur duyuruq. Bakcell şirkəti daha çox maraqlı startapların, proqram tərtibatçılarının və qrupların üzə çıxarılmasına çalışır ki, onların istedadlarını bütün dünyaya tanıtsın, onların öz ideyalarını reallaşdırmasına və bunun üçün maliyyə və investisiya mənbələrini tapmalarına kömək etsin. Bizim AppLab akselerasiya və inkubasiya proqramımız fəaliyyətə başladığı vaxtdan aparat vasitələri və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını Bakcell şirkətinə təqdim edib şirkətdən dəstək ala bilirlər. Bizim məqsədimiz yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək etmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəmizi verməkdir. Və mən düşünürəm ki, bu nüfuzlu beynəlxalq sərgi onların nailiyyətlərini layiqincə qeyd etmək üçün ən gözəl məkandır”, deyə Bakcell şirkətinin İctimai Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

Beləliklə, stendin ziyarətçiləri Azərbaycan developerlərinin yaratdığı aşağıdakı ən son innovasiyalarla tanış olmaq imkanına malik olacaqlar:

ARzoom – “tamamlanmış reallıq” (augmented reality) texnologiyasının əsasında layihələşdirilmiş yeni nəsil marketinq və reklam alətidir. Həm mobil, həm də veb şəbəkə idarəetmə panelləri vasitəsilə idarə oluna bilən bu çoxfunksiyalı platforma öz sadəliyi və geniş imkanları ilə istifadəçilərin karına gələ bilər. Bu platforma müştərilərə birbaşa çıxış imkanı verən “hədəfləmə” funksionallığına malikdir. Bu platformanı istifadə edən istənilən şirkət öz məhsullarını seçilmiş auditoriyaya yeniliyi ilə fərqlənən bir tərzdə təqdim edə biləcəkdir. Tətbiq aşağıda göstərilən səhifələrdən yüklənilə bilər: https://play.google.com/store/apps/details?id=com.customar.arzoom&hl=ru (Android üçün) və ya https://itunes.apple.com/us/app/arzoom/id1224738703 (iOS üçün) və daha ətraflı məlumat üçün: http://www.arzoom.co/

MoodMusic – bu, diqqəti sırf sizin əhval-ruhiyyənizə və şəxsi zövqünüzə uyğun olan musiqinin paylaşılması, təqib edilməsi və dinlənilməsi üzərində cəmləşdirən yeni bir sosial şəbəkə növüdür. Bu tətbiq istifadəçilərə musiqinin vasitəsilə öz hislərini və əhval-ruhiyyələrini paylaşmalarına kömək edəcəkdir. Tətbiqi aşağıda göstərilən səhifədən yükləmək olar: https://play.google.com/store/apps/details?id=com.hndsfts.moodmusic&hl=ru  

Cinemania.az – onlayn kinofilmlər üçün nəzərdə tutulmuş elektron platformadır. Bu, bütün Azərbaycan filmlərinin bir yerdə saxlandığı ilk platformadır. İstifadəçilər bu platformanın vasitəsilə asanlıqla Azərbaycan filmlərinə rus və ya azərbaycan dillərində subtitrlərlə pulsuz baxa bilərlər. Qeydiyyatdan keçmiş istifadəçilər isə sevdikləri filmləri yaddaşda saxlaya, dostları ilə paylaşa və hətta öz şərhlərini qoya bilərlər. Daha ətraflı məlumat üçün: http://cinemania.az/

AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra və inkubasiya moduludur.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

AppLab-ın məzunlarından yeni nəsil reklam aləti

25-04-2018
“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

“Azərbaycan proqramçıları böyük potensiala malikdir”

23-02-2018
Bakcell-dən 5 startapa dəstək-Siyahı

Bakcell-dən 5 startapa dəstək-Siyahı

16-02-2018
AppLab-ın növbəti proqramında qalib startaplar hansıdır?

AppLab-ın növbəti proqramında qalib startaplar hansıdır?

01-05-2017
AppLab layihəsinin bir ili tamam olur

AppLab layihəsinin bir ili tamam olur

08-10-2015
Bakutel-də iştirak edəcək startaplar -Siyahı

Bakutel-də iştirak edəcək startaplar -Siyahı

20-10-2017
AppLab iştirakçıları üçün seminar keçirilib

AppLab iştirakçıları üçün seminar keçirilib

09-10-2018
Bakcell yeni texnologiyalarını təqdim edir

Bakcell yeni texnologiyalarını təqdim edir

05-12-2017
Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

Bakcell gənc developerlər üçün məzun gecəsi keçirib

18-03-2019
Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

Bakcell-in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır

06-11-2018
Bakcell Portmanat ödəniş sisteminə qoşulub

Bakcell Portmanat ödəniş sisteminə qoşulub

23-04-2015
AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

AppLab layihəsində iştirak edən gənc developerlərə təlim keçilib

18-07-2018
Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək

28-11-2018
 AppLab növbəti dəfə layihə qəbulu elan edib

AppLab növbəti dəfə layihə qəbulu elan edib

25-01-2017
Bakcell Bakutel-2018 sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

Bakcell Bakutel-2018 sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

05-12-2018
Bakcell stendi Bakutel-in ən orjinalı seçilib

Bakcell stendi Bakutel-in ən orjinalı seçilib

13-12-2017
Startap layihələrimiz Britaniya şirkətinə təqdim olunacaq

Startap layihələrimiz Britaniya şirkətinə təqdim olunacaq

04-04-2016
AppLab proqramı üçün 32 startap yarışır

AppLab proqramı üçün 32 startap yarışır

22-01-2018
Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

Bakcell-ə Ən yaxşı təqdimat sertifikatı verildi

10-12-2018
Bakcell Bakutel -2019 sərgisində iştirak edir

Bakcell Bakutel -2019 sərgisində iştirak edir

04-12-2019
Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020
Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019
Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

Bakcell Bakutel-də hansı məhsullarını təqdim edir?

30-11-2016
"Bakcell”dən rəqəmsal yeniliklər!

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə