"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi

18-09-2024 / 19:00

İnnovasiya və sürət lideri “Bakcell” danışıq dəqiqləri, internet və digər imkanları özündə birləşdirən “Star" tarifini təqdim edir. Abunəçilər 9 fərqli kateqoriyada təklif olunan tarifi seçməklə əlavə internet bonusları da əldə edəcəklər.

"Star” tarifinə qoşulan abunəçilər ölkədaxili zənglər üçün dəqiqələr və internetlə yanaşı, “WhatsApp” və “Telegram” tətbiqlərində yazışmaları ödənişsiz həyata keçirəcəklər.

Üstəlik, tarif paketi ardıcıl üç dəfə yeniləndikdən sonra hər növbəti yenilənmə zamanı abunəçilərə əlavə internet bonusları təqdim olunacaq.

Məsələn, "Star 6GB" tarifinə 550 danışıq dəqiqəsi, 6GB internet balansı və “WhatsApp”
və “Telegram” tətbiqlərində ödənişsiz mətn yazışmaları daxildir. Bundan əlavə, tarif paketi ardıcıl üç dəfə yeniləndikdən sonra abunəçilərə hər yenilənmə zamanı əlavə “2GB” internet bonus olaraq təqdim olunacaq. “Star 6GB” tarifinə “*600#YES” kodunu yığmaqla asanlıqla keçmək olar. Tarif paketinin dəyəri 14,90 AZN-dir. Cari tarifdən

“Star” tarifinə keçid tamamilə ödənişsizdir.

Qeyd edək ki, 9 fərqli kateqoriyada təqdim olunan “Star” tarifi barədə ətraflı məlumatı “Bakcell”in saytından əldə etmək mümkündür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə