“Bakı 2015 - I Avropa Oyunları”na hazırlıq üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Rəhbər Komitənin iclası keçirilib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən iclasda Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayəndələri – Texnologiyalar üzrə direktor Adrian Korkoran, Telekommunikasiya üzrə rəhbər Toni Dadli, Texnoloji hazırlıq üzrə rəhbər Nigel Svinbank tədbirə hazırlıq prosesinin mərhələlərini əks etdirən təqdimatla çıxış ediblər.
Qeyd edilib ki, ilk növbədə oyun və təşkilati məkanların rabitə xidmətlərinə olan tələbatları BAOƏK ilə RYTN-də mütəmadi müzakirələr nəticəsində müəyyənləşdirilib. Bu xidmətlərin təşkili üzrə prosesə cəlb edilən şirkətlər, eləcə də tədbirə dəstək verəcək digər sponsor təşkilatlarla yaxın həftələrdə müqavilələrin bağlanması nəzərdə tutulur.
Oyunların təşkilində məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması, şəbəkə hazırlığı və dözümlülüyü üzrə müxtəlif test-sınaqların həyata keçirilməsi planlaşdırılır. İclasda beynəlxalq rouminq tarifləri, “Bakı 2015 - I Avropa Oyunları” iştirakçılarının mobil cihazlarının qeydiyyatı və s. kimi məsələlər də müzakirə edilib.
Sifarişçi-icraçı tərəf arasında məsuliyyətin dəqiqliklə bölüşdürülməsi baxımından tənzimləyici-hüquqi sənəd kimi Anlaşma Memorandumunun vacibliyinə diqqət çəkən nazir Əli Abbasov sənəddə bütün detalların ətraflı müzakirə edilərək nəzərə alınmasını məqsədəuyğun sayıb. Nazir, həmçinin Rusiya-Azərbaycan arasında rouminq tariflərinin azaldılması ilə bağlı aparılan işlərin yaxın zamanlarda səmərə verəcəyini, bu siyasətin digər ölkələrlə də həyata keçirildiyini, həmçinin oyunların keçiriləcəyi zamanda tariflərin ucuzlaşdırılması məqsədilə təkliflərin hazırlanması üzərində RYTN tərəfindən işlərin aparıldığını deyib.
Nazir Əli Abbasov görüşdə təmsil olunan özəl və dövlət qurumlarının təmsilçilərinə müvafiq tövsiyələrini də bildirərək, “Bakı 2015 - I Avropa Oyunları”nda rabitə xidmətlərinin yüksək səviyyədə təşkilinin təmin edilməsi ilə bağı göstəriş və tapşırıqlarını verib. (İctnews)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri