Previous Next
Bağla

Bakı BMT-nin İnternet Idarəçilik Forumuna hazırlaşır

04-11-2012 11:33
Bakı BMT-nin İnternet Idarəçilik Forumuna hazırlaşır

Noyabrın 6-dan 9-dək Bakıda BMT-nin İnternet Idarəçilik Forumunun (İİF) yeddinci iclası keçiriləcək.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin məlumatına görə, 100-dən çox ölkədən - hökuməti, beynəlxalq təşkilatları, özəl sektoru, vətəndaş cəmiyyətini, İnternet həvəskarlarını və KİV-ləri təmsil edən 1500-dən çox nümayəndə – İnternet idarəçiliyi ilə bağlı beynəlxalq (transsərhəd) problemləri müzakirə etmək üçün Bakıda toplaşacaq.

Forumun əsas mövzusu belədir: “Davamlı insan, iqtisadi və sosial inkişaf naminə İnternet idarəçiliyi”.

Məlumatda deyilir ki, inkişaf naminə İnternet idarəetmə (IG4D) məsələsi 2012-ci İİF-in gündəliyində duran əsas məsələ hesab edilir. Forumda inkişafa birbaşa aidiyyəti olan qlobal səviyyədə İnternet idarəçiliyi məsələləri, yerli, milli və beynəlxalq səviyyələrdə inkişafla bağlı yanaşmalara İnternet idarəçiliyi məsələsinin necə daxil edilə bilməsi araşdırılacaq.

Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Vu Honqbo deyib ki, hər gün texnologiyanın bəşəri, iqtisadi və sosial inkişafla bağlı göstərilən səylərə verdiyi faydaları  görür.

“Əlbəttə, məhz bu texnologiya həm də bir çox problemləri meydana çıxarır. Bu problemlər bütün maraqlı tərəflər cəlb olunmaqla əhatəli və birgə şəkildə həll edilməlidir. İnternet İdarəçilik Forumu maarifləndirmə, müzakirələrə təşəbbüs göstərmə, rəqəmsal bərabərsizliyin aradan qaldırılması yollarının müəyyən edilməsi və siyasətin işlənib hazırlanma prosesləri barədə məlumatların verilməsi üçün ideal bir məkandır”.

İİF çərçivəsində keçiriləcək bir sıra seminarlarda təhlükəsizlik, şəffaflıq və toxunulmazliq məsələlərinə - bu əsas siyasi məqamları əlaqələndirən İİF-nin özünəməxsus perspektivinə nəzər salınacaq.

Seminarlarda həmçinin süzgəcdən keçirmə, bloklaşdırma və fərdlərin, qrupların və ya bütünlükdə ölkələrin İnternetə çıxışını kəsməsi ilə bağlı görülən tədbirlərin təsiri kimi məsələlər müzakirə olunacaq. Bu həm də söz azadlığının qorunması və innovasiya üzrə keçən ilki müzakirələrin davamı olacaq.

Forumda İnternet vasitəsilə birləşən dünyada ənənəvi və yeni medianın, habelə peşəkar və vətəndaş jurnalistlərinin rolu araşdırılacaq.

Bu ilki İİF-də bəzi debatlar əqli mülkiyyət hüquqları və yeni biznes modelləri, açıq hökümət məlumatları və bədbəxt hadisələrin törətdiyi fəsadların aradan qaldırılmasında İnternetdən istifadə kimi mühüm məsələlər ətrafında olacaq. Çoxtərəfli model, İİF-nin inkişaf etdirilməsi, milli və regional İİF-lərin xüsusiyyətləri “Dəyərləndirmə və irəliyə yol” mövzusu altında digər müzakirə obyektləri də olacaq.

İİF-nin mühüm bir mövzusu İnternet idarəçiliyi sahəsində potensialın inkişaf etdirilməsidir. İştirakçılar, digər məsələlərlə yanaşı, İnternet idarəçiliyinin çoxtərəfli modelinin inkişafında potensialı inkişaf etdirmə işinin əhəmiyyətini və İİF üçün xüsusilə inkişaf etməkdə olan ölkələrdən yeni maraqlı tərəfləri cəlb etməkdoir.

İİF 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Tunis mərhələsində təsis edilib. Forumun ilk 5 illik mandatı sonradan 2010-cu ildə BMT Baş Assambleyasının  qətnaməsi ilə uzadılıb.

Forumun əvvəlki altı iclası 2006-cı ildə Afinada (Yunanıstan), 2007-ci ildə Rio de Janeyroda (Braziliya), 2008-ci ildə Heydərabadda (Hindistan), 2009-cu ildə Şarm əl Şeyxdə (Misir), 2010-cu ildə Vilnüsdə (Litva) və 2011-ci ildə Nayrobidə (Kenya) keçirilib. 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda 7-ci İnternet İdarəçilik Forumu işə başlayıb.

07-11-2012

3-cü “Regional İnternet İdarəçilik Forumu” keçiriləcək

30-11-2015

Sabah I Regional İnternet İdarəçilik Forumu keçiriləcək

02-12-2013

Fransada Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

15-11-2018

Azərbaycan internet idarəçiliyi üzrə forumda təmsil olunur

10-11-2015

Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilib

07-12-2017

​Braziliyada İnternet İdarəçiliyi Forumu başlayır

10-11-2015

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012

Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

03-12-2015

AIF Azərbaycan İnternetinin inkişaf istiqamətlərinin müzakirəsini keçirir

29-10-2012

Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir

13-03-2019

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

23-05-2019

Ölkəmizdə ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək

24-05-2019

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019

Bakıda II Regional İnternet İdarəçilik Forumu keçirilir

02-12-2014

AIF Azərbaycan Internet idarəçiliyi ilə bağlı Milli Konfrans təşkil edəcək

10-10-2012

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24-06-2019

İT şirkətimizin fəaliyyəti beynəlxalq forumda qiymətləndirilib

05-12-2015

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019

Azərbaycan BMT-nin illik iclasında təmsil olunub

23-09-2019

ASAN modeli BMT ekspertlərinin müzakirəsində

11-04-2025

ABAD xaricdə təqdim edilib-Foto

23-06-2017

Dövlət provayderləri ya özəlləşdirilməli, ya da ləğv edilməlidir

17-07-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə