Previous Next
Bağla

ASAN modeli BMT ekspertlərinin müzakirəsində

11-04-2025 12:45
ASAN modeli BMT ekspertlərinin müzakirəsində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 24-cü sessiyasında çıxış edib.

Xeberler.az məlumat verir ki, CEPA24 sessiyası “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dayanıqlı, inklüziv, elmi və sübuta əsaslanan həll yollarının irəlilədilməsində idarəetmə və institusional yanaşmalar” mövzusuna həsr olunub.

Dövlət Agentliyinin sədri bildirib ki, Azərbaycan son illərdə dövlət xidmətlərinin inkişafı sahəsində beynəlxalq miqyasda nümunəvi təcrübə formalaşdırıb. O qeyd edib ki, 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” qısa müddət ərzində regionda və dünyada innovativ idarəetmə modeli kimi tanınıb: “ASAN xidmət” vətəndaş mərkəzli idarəetmə prinsiplərinə əsaslanır və bu model "Heç kimi kənarda qoymamaq" fəlsəfəsini təcəssüm etdirir”.

Hazırda ASAN modelinin 30-dan çox ölkəyə ixrac olunduğu diqqətə çatdırılıb.

Ü.Mehdiyev çıxışında qeyd edib ki, COP29 zamanı BMT ilə birgə yaradılmış Etimad Fondu mühüm təşəbbüslərdən biridir və Fond vasitəsilə Azərbaycan az inkişaf etmiş dövlətlərə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə, dənizə çıxışı olmayan dövlətlərə və digər inkişaf etməkdə olan ölkələrə dövlət xidmətlərinin inkişaf etdirilməsi sahəsində texniki dəstək, təlimlər və resurslar təqdim etməyə hazırdır. Həmin fondun dövlət idarəçiliyində innovasiya və potensialın artırılmasına xidmət edəcəyi, institusional dayanıqlığın gücləndirilməsində və DİM-lərin reallaşdırılmasında mühüm vasitəyə çevriləcəyi diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvləri Azərbaycan Respublikası tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən fəaliyyəti və "ASAN xidmət" tərəfindən əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.

Eyni zamanda, səfər çərçivəsində Dövlət Agentliyinin sədri ilə BMT Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini arasında görüş keçirilib. Görüş zamanı Li Jenhua ötən ilin noyabr ayında ölkəmizə səfəri məmnunluqla xatırladığını qeyd edib. “ASAN xidmət” tərəfindən həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirdiyini və digər ölkələrin bu təcrübədən faydalanması istiqamətində hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

19-04-2024

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Barbadoslu nazir "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

19-11-2024

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

BMT-nin Baş katibinin müavini ASAN xidmətdə olub

18-11-2024

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025

“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

12-05-2015

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

07-04-2026

ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

22-06-2019

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019

“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

07-07-2025

Somalinin Prezidenti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

12-02-2025

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

03-11-2025

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

“ASAN xidmət” Afrikada beynəlxalq forum təşkil edib

24-06-2025

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə