Previous Next
Bağla

İT şirkətimizin fəaliyyəti beynəlxalq forumda qiymətləndirilib

05-12-2015 12:48
İT şirkətimizin fəaliyyəti beynəlxalq forumda qiymətləndirilib

Neuron Technologies Regional İnternet İdarəçilik Forumunda fəal iştirak  edib.

Məlumat verdiyimiz kimi, ADA Universitetində  Rabitə və Yüksək Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən 3-cü “Regional İnternet İdarəçilik Forumu Azərbaycan” (RİFAZ 2015) keçirilib. Bu ilki Forum “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” devizi altında keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirin 3-cü sessiyasında panelist qismində iştirak edən Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov “Global Technology Trends and Neuron Technologies business cases in Azerbaijan” mövzusunda çıxış edib.

İsmayıl Ələkbərovun  təqdimatı tədbir iştirakçılarının geniş marağına səbəb oldu.

Belə ki, təqdimat zamanı dünyada əsas texnologiya trendləri şərh edilib  və Neuron Technologies şirkətinin tətbiq etdiyi mütərəqqi həllər barədə məlumat verilib.

BMT-nin, müxtəlif nüfuzlu beynəlxalq təşkilatların, İKT sahəsində tanınmış beynəlxalq ekspertlərin iştirak etdiyi panel sessiyası zamanı aparılan müzakirələrdə Neuron Technologies şirkətinin dünya səviyyəli innovativ həlləri və tətbiqləri təqdirəlayiq hesab edilib.

Qeyd edək ki, Regional İnternet İdarəçiliyi Forumu beynəlxalq əhəmiyyətli tədbir olaraq, İKT üzrə ölkəmizdə təşkil edilən yüksək-səviyyəli forumdur.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi milli İKT iştirakçılarının beynəlxalq mütəxəssislərlə bir arada təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirmək, eyni zamanda regionların Milli internet idarəçiliyinə cəlb edilməsini təmin etməkdir. Tədbirdə Neuron Technologies şirkəti ilə Azərbaycanın və müxtəlif ölkələrin hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin iştirakçıları arasında internetlə bağlı aktual problemlər müzakirə edilib.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın İT şirkəti beynəlxalq biznes mükafatının qalibi olub

21-07-2015

Fransalı İT mütəxəssisləri Neuron Technologies şirkətində çalışacaq

03-04-2015

Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

03-12-2015

3-cü “Regional İnternet İdarəçilik Forumu” keçiriləcək

30-11-2015

İT şirkət rəhbərimiz beynəlxalq quruma üzv seçilib

04-05-2016

Azərbaycan beynəlxalq İKT sərgisində təmsil olunur

12-10-2015

Bakıda Regional İnternet İdarəçilik Forumu keçirilib

07-12-2017

V Regional İnternet İdarəçilik Forumu keçiriləcək

30-11-2017

Fransada Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

15-11-2018

Azərbaycan İT şirkəti İran bazarına daxil olur

17-11-2015

Neuron Technologies şirkətinə yeni müdir gəldi

01-10-2015

Azərbaycanın İT şirkəti məhsullarını xarici bazara çıxarır

08-01-2016

Azərbaycan şirkətləri beynəlxalq İKT sərgisində iştirak edir- Foto

19-04-2016

Azərbaycan Macarıstanla birgə İKT layihələri həyata keçirəcək

14-10-2015

Regionlarda texnologiyaların tətbiqi genişlənir

09-11-2017

İT şirkət məhsullarını Afrika bazarına çıxarır

05-03-2018

Azərbaycan İlahiyyat İnstitutunda Unibook sisteminin tətbiqinə başlanılıb

14-02-2019

Azərbaycan İT şirkəti beynəlxalq tenderin qalibi olub

30-06-2017

Yeni İKT komissiyası yaradılıb-Foto

18-04-2016

İT sahəsində bu tender də ləğv edildi

30-01-2018

Ness Technologies şirkəti Azərbaycanda ofisini açıb

13-11-2008

BMT-nin nümayəndəsi: Azərbaycan İKT sahəsində öz sözünü deyir

03-12-2015

Bakıda II Regional İnternet İdarəçilik Forumu keçirilir

02-12-2014

“Yeni innovasiya və texnoloji məhsulları Bakıya gətirəcəyik”

15-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə