Bakı Telefon Rabitəsi outstaffing xidməti alır

12-12-2018 / 17:17

Bakı Telefon Rabitəsi MMC açıq tenderə dəvət edir. Tender 1 lot üzrə keçirilir:

lot 1 - Bir illik outstaffing (işçi heyətinin idarəedilməsi üsulu olmaqla, müəyyən sayda işçinin Sifarişçi Şirkətin sərəncamına verməklə xidmət göstərilməsini nəzərdə tutur) xidmətləri

Xeberler.az  bildirir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Üzeyir Hacıbəyov 48 (Əlaqələndirici şəxs :Faiq Məmmədov, telefon :(012) 498-39-29) ünvanından ala bilərlər .

İştirak haqqı lot 1 - 300 manat 
 

Hesab: AZ14AZPO91015461200420100157
VÖEN 9900044741
Bank: Azərpoçt PF 1 
Kodu: 691011
VÖEN: 9900037711
M/H: AZ76NABZ01350100000000094944
S.W.İ.F.T: AZPOAZ22

 
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün yazılı müraciət;

Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Digər sənədlər:
 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).  Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-01-21 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-01-29 17:00qədər Bakı, Üzeyir Hacıbəyov 48 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.  İddiaçıların təklifləri 2019-01-30 15:00 tarixində Üzeyir Hacıbəyli 48 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə