Previous Next
Bağla
REKLAM YERİ

Azərkosmos ASC auditor axtarır – TENDER ELANI

16-10-2018 10:36
Azərkosmos ASC auditor axtarır – TENDER ELANI

“Azərkosmos” ASC 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil audit xidmətinin satınalınması məqsədilə Açıq Tender Elan Edir.

Xeberler.az  bildirir  ki, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Azərkosmos” ASC) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2018-2020-ci illər üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun müstəqil auditi xidmətinin satınalınması üçün açıq tender keçirir və bu sahədə xidmət göstərən şirkətləri tenderdə iştiraka dəvət edir. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində olmalıdır.

Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-şirkətin tam adı, hüquqi statusu, rekvizitləri haqqında məlumat, təsis sənədləri;
-şirkətin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; 
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

Qeyd olunan sənədlər tender prosedurunun başlanmasına ən azı 7 bank günü qalmış təqdim olunmalıdır. Tenderdə iştirak etmək üçün müraciət edənlərin satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı, müvafiq sahədə təcrübəsi olmalı (o cümlədən iri dövlət təşkilatlarında audit və Brand finance Global 500 siyahısına daxil olan şirkətlərin auditində təcrübəsi olmalı) şirkətin işçi heyətində çalışan ACCA və/və ya CPA ixtisas proqramlarına daxil olan bütün imtahanları uğurla tamamlamış, Azərbaycan Respublikasının vətəndaşı olan peşəkar auditorları olmalı, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalı, satınalma prоsedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaхud satınalma müqaviləsinin bağlanması üçün iхtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum оlunmaması, yaхud оnların müvafiq peşə fəaliyyətləri ilə məşğul оlmasının məhkəmə qaydasında qadağan edilməməsi vacibdir. 

Tenderdə iştirak haqqı 170 (yüz yetmiş) manatdır və heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqı “Azərkosmos” ASC-nin aşağıdakı bank hesabına ödənilməlidir:
Bankın adı: “Azərpoçt” MMC PF1
Bankın kodu: 691011
VÖEN: 9900037711
M/h: AZ76NABZ01350100000000094944
 H/h: AZ77AZPO91015461200420100090 
S.W.I.F.T. AZPOAZ22

Tender təklifinin qüvvədə olma  müddəti - 30 (otuz) bank günüdür. Tender təklifinin təminatı Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətinin ən azı 1%-i (bir faiz) məbləğində, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır.   İcra müddəti Satınalınan xidmət 2018-2020-ci illəri əhatə etməlidir. Müqaviləni imzalayacaq qalib şirkət xidmətin göstərilməsinə müqavilə imzalandığı gündən başlayaraq 1 (bir) iş günü ərzində başlamalıdır. Tender təkliflərinin seçilməsi zamanı üstünlük verilən şərtlər Qalib iddiaçı, tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində maliyyə və ixtisas meyarları əsasında seçiləcəkdir. Təklifin təqdim olunması üçün son gün Tender təklifi (bank zəmanəti ilə birgə) 28 noyabr 2018-ci il Bakı vaxtı ilə saat 18.00-a qədər “Azərkosmos” ASC-yə (ünvan: Azərbaycan Respublikası, Bakı, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5) təqdim edilməlidir. Tender proseduru 29 noyabr 2018-ci il Bakı vaxtı ilə saat 11.00-da “Azərkosmos” ASC-nin böyük iclas zalında (yuxarıda qeyd olunan ünvanda) başlayacaqdır.

Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə müraciət etmək lazımdır:
a) elektron poçtla:
[email protected]
Tender komissiyasının sədri - Saməddin Əsədov.
[email protected] 
Maliyyə departamentinin mühasibat və hesabatlılıq qrupunun rəhbəri –Şahin Babayev. [email protected]
Satınalmalar üzrə mütəxəssis – Ceyhun Əliyev.
b) telefonla: (+994) 012 5650055.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos ASC ehtiyat hissələri alır

29-11-2018

Azersky peyki üçün avadanlıq alınır – TENDER ELANI

16-11-2018

“Azerspace-2” peykinin yerüstü avadanlıqların satınalınması”na dair tender keçirilir

04-03-2015

Azintelecom - TENDER ELANI

03-10-2018

AZİNTELECOM MMC AÇIQ TENDERƏ DƏVƏT EDİR

22-11-2018

Azərpoçt Tender elan edir

16-01-2019

Azintelecom MMC ofis avadanlıqları alır

06-03-2019

Bakı Telefon Rabitəsi MMC açıq tenderə dəvət edir

27-11-2018

Bakı Telefon Rabitəsi outstaffing xidməti alır

12-12-2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azİntelecom MMC açıq tender elan edir

29-01-2019

Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili tender elan edir

26-12-2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi tender elan edir

14-09-2018

Beynəlxalq Bank İT üzrə açıq tender elan edib

29-05-2017

Taksi əməliyyatları proqram təminatının hazırlanması işləri üzrə TENDER

03-01-2019

Azİntelecom DATA mərkəzinin alınması üçün tender elan edib

28-06-2016

“Elektron lisenziya” portalının yaradılması üçün açıq tender keçirilir

29-06-2016

Beynəlxalq Bank yeni İT avadanlıq alır

10-11-2017

Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması üçün açıq tender keçirir

29-08-2008

Azərkosmos tender keçirir

25-04-2017

AzTV tender elan edib

22-12-2017

Sahibkarların işi asanlaşdı-Yenilik

18-01-2023

"Azərkosmos" daha bir sığortaçı seçir

20-12-2022

Azərbaycan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tender keçirir

18-08-2009

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası avadanlığın alınması məqsədi ilə tender elan edib

08-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə