Previous Next
Bağla

Bakıda “INMerge” innovasiya sammiti davam edir

11-10-2024 11:27
Bakıda “INMerge” innovasiya sammiti davam edir

Bakıda “PASHA Holding”in təşkil etdiyi “INMerge” innovasiya sammiti davam edir.

Xeberler.az məlumat verir ki, “InMerge Innovation Summit” regionda innovasiyalar sahəsində ən böyük tədbirdir. Onun işində iştirak edən regionun qabaqcıl şirkətləri, startaplar, habelə investorlar innovasiyalar sahəsində əməkdaşlıq məsələlərini müzakirə edirlər. Bu, həm regionda, həm də Azərbaycanda innovasiya ekosisteminə müsbət təsir göstərir.

Bugünkü müzakirələrdə “YouTube” şirkətinin həmtəsisçisi Stiv Çen, “Amazon” kompaniyasının vitse-prezidenti və texniki direktoru Verner Foqels, Harvard Biznes Məktəbinin professoru, “Paradox Strategies” və “InnovationForce” şirkətlərinin təsisçisi Linda Hill, “Starbucks” şəbəkəsinin həmtəsisçisi Zev Siql və “Waze” kompaniyasının rəhbəri Uri Levin, həmçinin Azərbaycandan “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov, bu holdinqin ekosistem üzrə baş icraçı direktoru Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və “4SIM”in icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.

Tədbir müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformasiya sektorlarına həsr olunub.

Əsas müzakirə mövzularına “fintech”, “insurtech”, telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq və digər sektorlar kimi cari sahələr daxildir. “Yeni iqtisadiyyat” şaquli çərçivəsində iqtisadi sahədə müxtəlif aktual mövzular, məsələn, istehsalda innovasiyaların stimullaşdırılmasına qabaqcıl texnologiyaların təsiri müzakirə olunacaq.

Sammitdə, həmçinin 25 000 ABŞ dolları mükafat fondu olan startap müsabiqəsi keçiriləcək. Bundan əlavə, startap təsisçiləri investorlardan dəstək və “PAŞA Holding”dən 200 000 ABŞ dollarına qədər əlavə maliyyə vəsaiti ala biləcəklər.

Qeyd edək ki, AZƏRTAC sammitin informasiya tərəfdaşıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Youtube"un həmtəsisçisi Bakıda "INMerge” İnnovasiya Sammitinə qatılacaq

23-09-2024

“Youtube” şirkətinin həmtəsisçisi “INMerge” İnnovasiya Sammitində iştirak edəcək

20-09-2024

“Amazon”un vitse-prezidenti və “YouTube”un həmtəsisçisi Bakıya gəlir

30-08-2024

Bakıda dördüncü “INMerge” Innovasiya Sammiti keçirilir

10-10-2024

“InMerge İnnovasiya Sammiti”nə 1 ay qaldı!

12-09-2024

4SİM "InMerge" İnnovasiya Sammitinin əsas tərəfdaşıdır

25-09-2024

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

“InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi

01-12-2023

Bakıda “INMerge Innovasiya Sammiti” başa çatıb

12-10-2024

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin əsas tərəfdaşıdır!

07-10-2024

InMerge Innovation Summiti baş tutacaq

03-11-2023

“INMerge” İnnovasiya Sammiti başa çatıb

30-09-2025

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025

"Apple" şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək

11-08-2023

Azərbaycanda “INMerge Ventures” kapital fondu yaradılıb

10-10-2024

Cəlal Qasımov: "INMerge" - Mərkəzi Asiyanın əsas innovasiya hadisəsidir"

29-09-2025

Cəlal Qasımov: "INMerge” İnnovasiya Sammiti yeni təşəbbüslər üçün mühüm əhəmiyyət kəsb edir"

11-10-2024

“Trendyol”un baş direktoru: Texnologiya və innovasiyalar üzrə regionun lideri olan Azərbaycan bizim üçün mühüm bazardır

10-10-2024

İnnovasiya və startap ekosisteminin inkişafı üçün memorandum imzalanıb

30-11-2023

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq

26-05-2025

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026

“Trendyol”un Azərbaycanda 3 milyondan çox istifadəçisi var

30-11-2023

"INMerge" İnnovasiya Sammitinin ilk günü başa çatıb

29-09-2025

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

29-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə