Previous Next
Bağla

Bakıda avtobus marşrutlarını və körpülərin yerini kompüter təyin edəcək

14-11-2010 03:36
Bakıda avtobus marşrutlarını və körpülərin yerini kompüter təyin edəcək
Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov  bildirib ki, bu plan çərçivəsində bütün Abşeron yarımadasının rəqəmsal xəritəsinin hazırlanması nəzərdə tutulur. Bu ilin axırına kimi hazır olacaq xəritə və onun istifadəsində tətbiq olunan yeni proqramlar vasitəsilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və optimallaşdırılması sistemləşmiş şəkildə aparıla biləcək. Məsələn, bu proqram vasitəsilə şəhərdə avtobus marşrutlarının bir-birini təkrarlaması aradan qaldırılacaq, sərnişin sayı və əhalinin sıxlığı nəzərə alınmaqla avtobusların marşrutları korrektə oluna biləcək. Rəqəmsal xəritənin yaradacağı digər imkan paytaxtda yol qovşaqları, ötürücüləri və körpülərin kompüter proqramı vasitəsilə seçilməsidir. S.Məmmədovun sözlərinə görə, kompüter proqramları şəhərdəki sərnişin və nəqliyyat axınlarını izləyərək, bununla bağlı proqnozlar hazırlayacaq: “Məsələn, şəhərdə hansısa yeni obyektin tikintisi planlaşdırılırsa, kompüter proqramları bu tikinti nəticəsində nəqliyyat sistemində baş verə biləcək dəyişiklikləri, nəqliyyat vasitələrinin və sərnişinlərin sayı, axını və s.-i əvvəlcədən hesablayacaq. Nəticədə gələcəkdə hansısa sahədə tıxacın və ya nəqliyyatla bağlı digər gərginliyin yaranacağı əvvəlcədən bilinəcək. Bundan başqa, kompüter proqramları həmin vəziyyətin yaranmaması üçün hansı addımların atılması - həmin ərazidə yollara hansı dəyişikliklərin edilməsinin lazım olduğunu hesablayır”. S.Məmmədov qeyd edib ki, bu proqram vasitəsilə Nəqliyyat Nazirliyinin mütəxəssisləri həmin ərazidə tikilməsi planlaşdırılan yol ötürücüsü və ya körpünün problemi həll edib-etməyəcəyini əvvəlcədən biləcəklər: “Proqramda hazır körpü və ya qovşaq maketləri var. Bu maketlər kompüterdə şərti olaraq həmin əraziyə yerləşdirilir və proqram əvvəlcədən bazasında olan məlumatlar əsasında hesablayır ki, bu körpü problemi həll edə biləcək, ya yox. Əgər cavab mənfi olsa, onda başqa variantlara baxılacaq. Eyni zamanda kompüter proqramı özü vəziyyətdən çıxış üçün ən optimal variantı təklif edə biləcək”.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda nəqliyyat intellektual idarə olunacaq

20-09-2010

Nəqliyyatda gediş haqqı xüsusi kartlarla ödəniləcək

20-11-2010

Nəqliyyatda elektron-kart ödəmə sistemi tətbiq ediləcək

20-10-2011

Mingəçevirdə əlillər üçün kompüter sinfi açılıb

22-02-2011

“1 şagird:1 kompüter” layihəsi çərçivəsində məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcək

10-01-2013

Ericsson-dan qəribə kompüter modeli

12-11-2009

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024

“İnformasiya kommunikasiya texnologiyaları və əqli mülkiyyət” mövzusunda seminar keçirilib

27-04-2009

Avtomobillərin dövlət nömrə nişanlarını kompüter tanıma sistemi yaradılıb

17-01-2009

İnternetdə çatlaşma hansı təhlükələri yaradır?

07-12-2010

«Xalq kompüteri» layihəsinin detalları açıqlandı

08-07-2008

Azərbaycanın kompüter bazarında noutbukların payı 50 faizədək artıb

01-11-2010

60 yaşlı kompüter

07-09-2009

Azərbaycanda ödənişli parklanma yerlərinin idarə edilməsinə başlanılıb

25-07-2023

Ən ucuz telefon və ən ucuz kompüter

19-08-2008

BMT türkmən dlində multimedia proqramı buraxıb

19-01-2009

HP şirkəti Azərbaycan bazarına əfsanəvi Compaq brendi altında iki kompüter çıxardır

12-10-2009

Gənc müsəlmanlara Quran oxumağı öyrədən kompüter

22-09-2008

Nəqliyyat sahəsində baş verənlər müzakirə olunub

27-01-2024

Ağıllı kompüter

19-11-2014

Abituriyentlər internetdən pulsuz istifadə edə biləcəklər

17-04-2009

“Elektron məktəb” layihəsi çərçivəsində Milli Təhsil Modeli formalaşır

13-02-2012

Azərbaycan əhalisi onlarla telekanala pulsuz baxa biləcək

23-12-2010

Avropa Komissiyası “Microsoft”un təklifini qəbul edib

10-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə