Previous Next
Bağla

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023 09:12
Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının respublika seçim turu keçirilib.

Bu barədə Xeberler.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Yarışda ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar. Əvvəlki illərlə müqayisədə bu il 592 nəfər şagird qeydiyyatdan keçib. Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiada Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsi tərəfindən təşkil olunub. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il avqustun 10-dan 20-dək Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.

Respublika seçim turunun nəticələri yaxın günlərdə olimpiada.edu.az portalında və təşkilatçıların rəsmi internet səhifələrində paylaşılacaq.

Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə reallaşdırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

11-03-2025

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02-04-2025

BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

31-10-2019

Beşinci Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib

04-02-2025

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

16-04-2025

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026

Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

22-08-2025

Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

15-04-2019

Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

29-07-2022

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015

Beynəlxalq Astronomiya İttifaqı qlobal layihəyə start verib

28-08-2019

“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

29-12-2025

Növbəti Kosmos Yay festifalı keçirilib

27-08-2019

“Canlı kainat - planetlərdən qalaktikalara” mövzusunda beynəlxalq konfrans başa çatıb

26-09-2024

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

Kosmosla bağlı müsabiqənin nəticəsi açıqlanıb

16-04-2018

“Tanrının gözü” kəşf olunub?

27-02-2009

Qubada astronomiya haqqında sərgi və kosmik müşahidə sessiyası təşkil olunub

28-07-2025

Respublika fənn olimpiadasının nəticələri açıqlandı

11-05-2018

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

13-02-2025

Respublikada olan astronomik cihazlar modernləşdirilir

29-06-2016

Robot texnikası üzrə festivalın final mərhələsi keçiriləcək

28-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə