Previous Next
Bağla

Beşinci Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib

04-02-2025 09:57
Beşinci Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında V Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib.

Xeberler.az məlumat verir ki, onlayn şəkildə keçirilən olimpiadada iştirak etmək üçün 1200-dək şagird qeydiyyatdan keçib.

Təşkilat komitəsinin qərarına əsasən, nəzərdə tutulan 100 baldan 75 və yuxarı bal toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar. Bakı Dövlət Universitetində keçiriləcək olimpiadanın finalında iştirak haqqı qazanan şagirdlərə yaxın günlərdə daha ətraflı məlumat veriləcək.

Olimpiadanın final mərhələsinin qalibləri Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq. Bundan əlavə, “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyi məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil edəcək.

V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə keçirilir. Azərbaycan komandası Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

11-03-2025

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

02-04-2025

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri başlayıb

16-04-2025

VI Azərbaycan Astronomiya Olimpiadasının finalı keçiriləcək

22-04-2026

Astronomiya Olimpiadasının qalibləri mükafatlandırılıb

05-12-2024

Şagirdlər astronomiya üzrə bilik və bacarıqlarını sınayıblar

16-05-2023

BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

31-10-2019

Azərbaycan məktəbliləri Beynəlxalq Olimpiadada uğur qazanıblar

22-08-2025

Şamaxı Astrofizika Rəsədxanasında şagirdlər üçün düşərgə keçirilib

29-07-2022

Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır

03-04-2026

Gələcəyin mühəndisi layihəsinin mükafatlandırma mərasimi keçirilib

15-04-2019

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

Beynəlxalq Astronomiya İttifaqı qlobal layihəyə start verib

28-08-2019

Yay məktəbinin tələbələri Azərkosmos-da olub

04-06-2015

“Azərbaycan Astronomiya Jurnalı” Scopus bazasına daxil edilib

29-12-2025

Növbəti Kosmos Yay festifalı keçirilib

27-08-2019

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin seçim turu keçirilib

23-10-2015

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

Qubada astronomiya haqqında sərgi və kosmik müşahidə sessiyası təşkil olunub

28-07-2025

II Bakı Elm Olimpiadası keçiriləcək

01-02-2023

Bakıda Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası öz işinə başlayacaq

02-12-2009

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə