Previous Next
Bağla

“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib

15-04-2014 10:15
“Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib
Qafqaz Universitetində Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib.   Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç olimpiada iştirakçılarını salamlayaraq, ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sahəsinin çox sürətlə inkişaf etdiyini bildirib: “Ötən ilin “İKT ili” elan olunması, ilk telekommunikasiya peykimiz  olan “Azerspace-1”-in orbitə göndərilməsi, “Bakutel” sərgisinin keçirilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir”.    Fəaliyyəti dövründə bilavasitə informasiya texnologiyalarının tətbiqi, informasiya sistemlərinin yaradılması və istismarı, həmçinin sahənin inkişafı məsələləri ilə məşğul olan, proqram təminatının Azərbaycan dilinə tərcüməsi ilə bağlı ölkəmizdə ilk dəfə həyata keçirilən işlərə rəhbərlik edən, dəfələrlə ölkəmizi xaricdə keçirilən beynəlxalq konfranslarda təmsil edən rabitə və yüksək texnologiyalar nazirinin müavini  Elmir Vəlizadə olimpiadanın əhəmiyyətindən,  İKT sahəsinin çətin və maraqlı olmasından söz açıb. Prezident İlham Əliyevin  bu sahəyə verdiyi önəmdən və ölkəmizdə görülən işlərdən də söz açan nazir müavini olimpiadanın yarış olmaqla yanaşı, tələbələr arasında dostluq münasibətlərinin qurulmasında da əhəmiyyət kəsb etdiyini, həmçinin olimpiada iştirakçılarının gələcək iş həyatlarında aralarında fikir mübadilələri apararaq, uğurlar qazanacaqlarına inandığını qeyd edib.   Çıxış edən Naxçıvan Dövlət Universitetinin və Gəncə Dövlət Universitetinin nümayəndələri  təşkilatçılara minnətdarlıqlarını bildiriblər.   Qeyd edək ki, müsabiqədə 8 ali təhsil müəssisəsindən 49 komanda (hər komandada 3 nəfər tələbə) iştirak edib. Müsabiqədə komandalara 5 saat ərzində 10 alqoritmik məsələnin həll edilməsi tapşırığı verilib. Tapşırıqların qiymətləndirilməsi üçün “e-olimp.com.ua/az” avtomatik qiymətləndirmə saytından istifadə edilib.    Müsabiqənin nəticəsinə görə, finala vəsiqə qazanmış komandalar 26 aprel 2014-cü il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək müsabiqənin final mərhələsində iştirak edəcəklər. (ICTnews)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012

İnformatika üzrə Ümumrespublika Olimpiadası başa çatır

29-04-2016

İnformatika üzrə X Ümumrespublika Olimpiadasına start verilib

06-04-2015

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015

İnformatika üzrə olimpiadanın final mərhələsi mayda keçiriləcək

20-04-2015

İnformatika üzrə “X Ümumrespublika Olimpiadası”nın qalibləri mükafatlandırıldı

15-05-2015

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilib

30-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadasının final mərhələsi keçirilir

02-05-2015

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadası başladı

16-04-2016

İnformatika üzrə Ümumrespublika Olimpiadası keçiriləcək

27-03-2017

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

19-05-2014

İnformatika üzrə Ümumrespublika Olimpiadasına start verildi

29-04-2019

Tələbələr arasında İnformatika Olimpiadası başladı

29-04-2017

Tələbələri arasında İnformatika üzrə olimpiada başladı

30-04-2018

İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri açıqlandı

03-05-2016

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

07-05-2019

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011

İnformatika Olimpiadasının final mərhələsi keçirilib

08-05-2017

“Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimatı keçirilib

30-04-2012

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olundu

18-05-2011

Bakıda AICT2009 3-cü Beynəlxalq konfransı keçirilir

14-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə