Previous Next
Bağla

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

19-02-2019 14:29
Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib.

Xeberler.az  bildirir ki, iclasda ayrı-ayrı dövlət qurumlarının rəhbər şəxsləri, Avropa İttifaqının nümayəndələri, səfirlər və bank sektorunun təmsilçiləri iştirak edib.
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iclasda çıxışı zamanı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqəti sayəsində beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, davamlı maliyyələşmə, xidmətlərin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin asanlaşdırılması və sosial rifahın yüksəldilməsi təmin edilir.

“Ölkəmiz Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. 2017-ci il 30 oktyabr tarixində istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir, Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsini təmin edir. Eynilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişindaşımalarının həyata keçirilməsində əsas rol oynayacaq”.

Nazir qeyd edib ki, hazırda ölkəmizdə avtomobil yolları infrastrukturunun inkişafı və müasir yol şəbəkəsinin yaradılması ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir. R.Quluzadə Xəzər regionunda multimodal daşımaların geniş tətbiqi, dəniz daşımalarının tezləşdirilməsi və həcminin artırılması üçün yeni bərələr və tankerlərin alınaraq istifadəyə verildiyini də vurğulayıb.

“Dəniz və quru nəqliyyatı ilə yanaşı, mülki aviasiya sektorunun inkişafı da bizim üçün prioritet istiqamətlərdən biridir. Bu məqsədlə son illərdə bir çox işlər görülüb. “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarə parkı yeni və müasir təyyarələrlə tam yenilənib. Hazırda AZAL-ın təyyarələri Avropa, MDB məkanı, Amerika və bir sıra Asiya ölkələrinə mütəmadi uçuşlar həyata keçirir. Gələcəkdə uçuş istiqamətlərinin sayının artırılması və ölkəmizin bu sahədə tranzit potensialının tam istifadə edilməsi istiqamətində müvafiq tədbirlər görülür”. Nazir ölkəmizin tranzit potensialının artırılması məqsədilə beynəlxalq əməkdaşlığın, o cümlədən, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayrıldığını bildirən R.Quluzadə ölkə başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu xatırladıb.

“Düşünürəm ki, proqramda müəyyən olunmuş vəzifələrin icrası üzrə Avropa İttifaqının təcrübəsindən faydalanmaq məqsədilə bu istiqamətdə daha intensiv əməkdaşlıq aparılacaq. Ümidvaram ki, əməkdaşlığımızın genişlənməsi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında yük və sərnişinlərin maneəsiz, sürətli və təhlükəsiz daşınması, eləcə də iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün şərait yaradacaq”.

Göstərilən qonaqpərvərliyə görə səmimi təşəkkürünü bildirən Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun keçirilməsinin üstünlüklərindən danışıb. O qeyd edib ki, tərəfdaşlarla bu cür dialoqların keçirilməsi məsələsi əvvəlcədən diqqətlə təhlil edilir.

“Qeyd edim ki, bu, Avropa İttifaqı səviyyəsində keçirilən yeddinci belə dialoqdur. Bu cür yüksək səviyyəli tədbirləri biz əməkdaşlığa olduqca maraq göstərən tərəflərlə keçiririk. Bu gün nəqliyyat sahəsində bir çox seqmentlər üzrə müzakirələr aparılacaq ki, bu da birgə əməkdaşlığın yeni üfüqlərini və istiqamətlərini müəyyən edəcək”.

H.Hololey yüksək səviyyəli dialoq çərçivəsində gələcək əməkdaşlıq aspektlərinin də nəzərdən keçiriləcəyini diqqətə çatdırıb. Tədbirdə aviasiya, dəniz və yol təhlükəsizliyi, Nəqliyyat İnvestisiya Planı, Avropa-Asiya Bağlantılar Strategiyası, rəqəmsal taxoqraflar, Vahid Aviasiya Məkanı üzrə Saziş layihəsi müzakirə olunub. Bundan başqa, Aİ ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

15-02-2019
Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018
Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018
İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

19-02-2019
Rəşad Nəbiyev Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun iclasında iştirak edib

Rəşad Nəbiyev Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun iclasında iştirak edib

10-10-2025
Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018
QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

QDİT-ə üzv dövlətlərinin nəqliyyat sahəsi üzrə nazirlər toplantısı keçirilib

25-10-2018
Rəşad Nəbiyev Brüsseldə Aİ-nin nəqliyyat komissarı ilə görüşüb

Rəşad Nəbiyev Brüsseldə Aİ-nin nəqliyyat komissarı ilə görüşüb

01-12-2022
Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019
Nazir Avropa Komissiyasının baş direktoru ilə görüşüb

Nazir Avropa Komissiyasının baş direktoru ilə görüşüb

29-01-2026
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019
Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019
Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

Ramin Quluzadə beynəlxalq forumda iştirak edir

28-11-2017
Avropa İttifaqı ilə  rəqəmsal transformasiya üzrə mütəxəssislərin hazırlanması müzakirə olunub

Avropa İttifaqı ilə rəqəmsal transformasiya üzrə mütəxəssislərin hazırlanması müzakirə olunub

01-12-2022
Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə layihələr həyata keçirmək niyyətindədir

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə layihələr həyata keçirmək niyyətindədir

19-11-2021
Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

01-05-2019
Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017
Avropa İttifaqı ilə İKT sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Avropa İttifaqı ilə İKT sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

24-04-2014
Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib   

Nəqliyyat və rabitə üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun ilk iclası keçirilib  

01-07-2022
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd  imzalanıb

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanıb

18-07-2022
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

11-10-2021
Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb

Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb

04-04-2022
Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

Nazir Rəşad Nəbiyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb

04-04-2022
Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə