“Baktelecom” Vətən müharibəsində iştirak etmiş rabitəçilərlə görüş keçirib

10-07-2021 / 17:10

“Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) inzibati binasında 44 günlük Vətən müharibəsində iştirak etmiş rabitəçilərlə görüş keçirilib.

“Baktelecom”dan Xeberler.az-a bildirilib ki, öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıq və peşəkar döyüş taktikası vurğulanıb. Tarixi Qələbənin əldə edilməsində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs olunub.

Tədbirdə qurumun veteran əməkdaşlarının döyüş xatirələri də dinlənilib. Çıxış edənlər azadlıq müharibəsi zamanı xalqın birliyindən söz açaraq Ali Baş Komandanın çağırışına hər an hazır olduqlarını bildiriblər.

Görüş zamanı müharibədə iştirak edən rabitəçilərə “Bakı Telefon Rabitəsi” MMC tərəfindən təsis edilən təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı “Baktelecom”un 36 əməkdaşı döyüşlərə yollanıb, onlardan 2-si vətən uğrunda qəhrəmancasına şəhid olub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə