“Vaxtilə Balaxanı zibilxanasından qalxan tüstü şəhərin böyük hissəsini əhatə edirdi. İndi nəhəng, müasir zibilyandırma zavodunun inşasından sonra artıq bu problem aradan götürülüb. Artıq Balaxanı zibilxanası adlı yer yoxdur. Orada indi texnopark yaradılır, ərazi abadlaşdırılır, bax, bu ərazidəki kimi ağaclar əkilib. Dörd il bundan əvvəl mən burada olanda heç bir ağac yox idi. İndi böyük bir meşə salınıb”.
Xeberler.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Bakıda görülmüş işlər nəticəsində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşıb: “Böyükşor gölü ekoloji təhlükə mənbəyi idi. Onun yanında dayanmaq mümkün deyildi. Adam üfunətdən boğulurdu. İkinci Dünya müharibəsi zamanı hətta ondan açıq neft anbarı kimi istifadə edirdilər. Ondan sonra, lay, kanalizasiya suları, bütün axıntılar oraya tökülürdü. Böyükşor gölünün reabilitasiyası, abadlaşdırılması layihəsinin birinci hissəsini biz cəmi bir il ərzində həll etdik. Gölün 300 hektarı indi tam təmizlənib, bir kilometrdən də çox uzunluğu olan böyük bulvar salınıb, bənd tikilib və işlər davam etdirilir. Bir daha demək istəyirəm, vaxtilə onun yanında dayanmaq mümkün deyildi. İndi isə gölün üzərinə köçəri quşlar qonur. Bax, budur bizim yanaşmamız. Biz bunu nə üçün edirik, niyə bu qədər vəsait xərcləyirik? Ona görə ki, Bakıda ekoloji vəziyyət yaxşılaşsın, insanlar daha da rahat yaşasınlar, çoxlu ictimai yerlər yaradılsın, ekoloji problem yaradan yaranı sağalda bilək”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları