Previous Next
Bağla

İRİA: Bir ildə vətəndaşların 24 milyondan çox məlumatı təmizlənib

05-11-2025 14:53
İRİA: Bir ildə vətəndaşların 24 milyondan çox məlumatı təmizlənib

Azərbaycanda bir il ərzində 14 dövlət qurumunda vətəndaşların 24 milyondan çox məlumatı təmizlənib.

Xeberler.az məlumat verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Data İdarəolunması Departamentinin direktoru Kamran Ağayev "StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu 2025" tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, agentlik ölkə üzrə dövlət məlumat bazalarının keyfiyyətini artırmaq məqsədilə "Milli Məlumatların Təmizlənməsi Layihəsi"ni həyata keçirir: "Rəqəmsal inkişaf konsepsiyasına əsasən hökumət qurumlarının məlumatlarını təhlil etdik və gördük ki, əksəriyyətində məlumatlar tam təmiz deyil. Belə məlumatlarla, xüsusilə "MyGov" platforması üzərindən keyfiyyətli xidmət göstərmək mümkün deyildi. Buna görə də, ölkə üzrə məlumatların təmizlənməsi layihəsinə başladıq".

K. Ağayev qeyd edib ki, ilkin mərhələdə beynəlxalq platformalar və texnoloji tərəfdaşlarla əməkdaşlıq imkanları nəzərdən keçirilsə də, məlumatların məxfiliyi bu əməkdaşlığa mane olub:

"Bir çox platformalar bulud əsaslı işləyir. Yəni məlumatların emalı üçün onları xarici buluda ötürmək tələb olunur. Amma bu, məxfi və həssas məlumatlar üçün mümkün deyildi. Biz bu şirkətlərin təcrübəsindən faydalansaq da, məlumatları onlarla paylaşmaq icazəli deyildi. Hətta onların ölkəyə gələrək məlumat bazası ilə işləməsi belə qanunla yolverilməz idi. Bu, əsas maneə idi".

K. Ağayev vurğulayıb ki, bu səbəbdən layihə yerli resurslarla və daxili komanda tərəfindən icra edilib: "Nəticədə qərara gəldik ki, bu işi özümüz görək. Təxminən bir il çəkdi və həmin müddətdə 14 dövlət qurumunun məlumat bazasında vətəndaşların 24 milyondan çox məlumatı təmizlənib. Biz qlobal şirkətlərin platforma və məhsullarından istifadə edirik və bu vacibdir. Lakin məlumatların idarə olunması məsələsində çox vaxt məxfilik və təhlükəsizlik məhdudiyyətləri ortaya çıxır."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026
İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

28-04-2025
ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

09-10-2025
İRİA: “mygov”da rəqəmsal razılıq mexanizmi tətbiq olunur

İRİA: “mygov”da rəqəmsal razılıq mexanizmi tətbiq olunur

27-12-2025
MyGov istifadəçilərinin sayı 2 milyona çatıb

MyGov istifadəçilərinin sayı 2 milyona çatıb

09-06-2026
Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi yoxlanılıb

Vətəndaşlara aid diplom məlumatlarının dəqiqliyi yoxlanılıb

04-07-2025
İRİA 10 layihənin icrasını yekunlaşdırmaq üzrədir

İRİA 10 layihənin icrasını yekunlaşdırmaq üzrədir

12-11-2024
Rəşad Xalıqov: "Əhalinin 25 faizi minimal rəqəmsal biliklərə malikdir"

Rəşad Xalıqov: "Əhalinin 25 faizi minimal rəqəmsal biliklərə malikdir"

28-04-2025
“StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu” keçirilib

“StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu” keçirilib

05-11-2025
Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

03-10-2025
Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

Sərhədkeçmə məlumatları “mygov”a inteqrasiya edilib

05-01-2026
ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026
Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

17-09-2024
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024
"mygov"un 2 milyonuncu istifadəçisi təltif edilib

"mygov"un 2 milyonuncu istifadəçisi təltif edilib

27-11-2025
Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025
Fərid Osmanov: "MyGovID" bütün əsas sistemlərə inteqrasiya edilib"

Fərid Osmanov: "MyGovID" bütün əsas sistemlərə inteqrasiya edilib"

02-02-2026
Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirilib

Antidempinq Xidmət modulundan istifadəyə dair təlim keçirilib

05-08-2022
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026
Azərbaycan “Rəqəmsal Məcəllə”nin hazırlanması üçün məsləhətçi şirkət cəlb edib

Azərbaycan “Rəqəmsal Məcəllə”nin hazırlanması üçün məsləhətçi şirkət cəlb edib

06-02-2024
Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023
Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

11-03-2024
RİNN Dünya bankı ilə birgə məlumatların idarə olunması strategiyasını hazırlayır

RİNN Dünya bankı ilə birgə məlumatların idarə olunması strategiyasını hazırlayır

30-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə