Previous Next
Bağla

Daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tam elektronlaşıb

07-09-2015 12:24
Daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tam elektronlaşıb

Əmlak Məsələləri Dövlət Komitəsinin yeni onlayn xidmətlərinin tətbiqi nəticəsində daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə sadələşib.

Komitədən Xeberler.az-a verilən məlumata görə, təkrar bazarda alqı-satqı əməliyyatı zamanı əvvəllər müəyyən müddət alan prosedurlar indi aradan qalxıb. Vətəndaşların əvvəllər qeydiyyatla bağlı vaxt sərf etdikləri hüquqi hərəkətlər indi onlayn rejimdə baş verir. Bununla da vətəndaşın qeydiyyat idarəsinə getmək, orada sənəd gözləmək və ya sənəd almaq üçün müraciət etməsinə ehtiyac qalmayıb. Komitənin elektron, SMS və onlayn xidmətləri məhz belə prosedurların aradan qaldırılması üçün yaradılıb.

Qeyd edək ki, onlayn xidmətlərin tətbiq olunmadığı əvvəlki dövrlərdə vətəndaş ona məxsus daşınmaz əmlakı qeydiyyatdan keçirmək üçün 4 dəfə qeydiyyat idarəsinə gəlməli olurdu. Lakin indi bu yalnız 1 prosedurdan ibarətdir. Təkrar bazarda alqı-satqı əməliyyatlarından sonra bütün hüquqi hərəkətlər onlayn qaydada həyata keçirilir. Vətəndaş yalnız sonda çıxarışını götürmək üçün ərazi idarəsinə gəlir.

Komitə tərəfindən tətbiq olunan yeni onlayn xidmətlər yüklülük arayışlarının (Forma-1) onlayn verilməsini, dövlət reyestrində əmlak barədə məlumatların onlayn əldə olunmasını və alqı-satqıdan sonra hüquqi sənədlərin ərazi qeydiyyat idarəsinə onlayn göndərilməsini əhatə edir. Bu o deməkdir ki, birdən-birə 3 hüquqi əməliyyatın icrası elektronlaşıb. Yəni vətəndaş əvvəl yüklülük arayışını almaq üçün ərazi idarəsinə getməli idisə, indi buna ehtiyac yoxdur və ya daşınmaz əmlakı barədə reyestrdəki məlumatı almaq üçün idarəyə müraciət etməli idisə, indi onu internet vasitəsilə əldə edir. Əgər vətəndaşın əvvəllər notariusda alqı-satqı etdikdən sonra sənədləri yenidən idarəyə gətirmək məcburiyyəti var idisə, indi həmin sənədlər onlayn rejimdə göndərilir.

 

Mirvari Nəcəf

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015
Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015
Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018
Təkrar qeydiyyat onlayn rejimdə necə  aparılır?

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018
Komitə 500 mindən çox e-xidmət göstərib

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017
Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

Yaxın gələcəkdə vətəndaşlar öz əmlakları haqda məlumatları internetdən əldə edə biləcəklər

07-04-2014
Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014
Vətəndaşlara şad xəbər: bütün notariuslarla onlayn əlaqə yaradılıb

Vətəndaşlara şad xəbər: bütün notariuslarla onlayn əlaqə yaradılıb

28-09-2015
Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019
SMS-lə əmlakın icarə borcunu öyrənin

SMS-lə əmlakın icarə borcunu öyrənin

28-03-2018
Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

01-10-2015
Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

27-02-2019
Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019
 Sənədlərinizi onlayn yoxlayın

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018
Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019
Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019
Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

19-10-2017
Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019
 Mənzil almaq istəyənlərə şad xəbər

Mənzil almaq istəyənlərə şad xəbər

27-09-2017
Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

20-08-2020
Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019
Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019
Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

31-05-2017
Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

13-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə