Previous Next
Bağla

Niyə bizim distant təhsil keyfiyyətsizdir? təhsil eksperti

29-08-2020 18:04
Niyə bizim distant təhsil keyfiyyətsizdir? təhsil eksperti

Yeni dərs ilinin əvvlindən universitetlərimizdə distant təhsildən istifadə nəzərdə tutulur. Biz hələ 5 ay əvvəldən mətbuatda və sosial şəbəkələrdə bildirmişdik ki, çox ehtimal yeni dərs ilində də distant təhsildən istifadə etməli olacağıq, ona görə buna indidən (yəni, mart- aprel ayından) hazırlaşmalıyıq. Təəssüf ki, biz 20 ili itirdikdən sonra hələ 5 ay da əlavə itirdik, distant təhsilə hazırlıq işləri görmədik.

Son günlər KİV-lərdə distant təhsilin keyfiyyəti məsələsi gündəmə gəlib, tələbə və valideynlər bu texnologiyanın təhsilin keyfiyyətinə mənfi təsir etməsindən şikayət edir, bu barədə geniş müzakirələr aparılır.

Keyfiyyət nədir? Keyfiyyət hər hansı məhsulun, xidmətin (prosesin) əvvəlcədən müəyyən edilmiş standartlara, etalonlara uyğunluq dərəcəsidir. Məgər bizim Təhsil Nazirliyi distant təhsilin keyfiyyət standartlarını müəyyən edib ki, indi onun keyfiyytindən danışırıq. Əslində bizim heç əyani təhsilimizdə də keyfiyyət yoxdur, indi onlayn təhsilimizdə nə keyfiyyət axtarırıq?

Universitetlərdə təhsilin keyfiyyət meyarları “Keyfiyyətin menecmenti sistemi” adlı mexanim və standartlarla müəyyən edilir. Bu Boloniya Prosesinin ən mühüm tələbidir. Universitetlərimizin əksəriyyətində formal olaraq belə bir şöbə yaradılsa da, onların fəaliyyəti hələ keyfiyyətə təsir edə bilməyib. Çünki Təhsil Nazirliyi Boloniya prosesinə qoşulduğumuz 15 il ərzində bu mexanizmi yarada bilməyb. Hansı universitetimiz “Keyfiyyət üzrə Beynəlxalq Agentliyin” akkrediytasiyasından keçib? Deyilənlərə görə Təhsil Nazirliyinin nəznində son illər “ Təhsildə Keyfiyyət üzrə Agentlik” yaradılıb. Amma hələki onun da fəaliyyəti hiss edilmir.

Distant təhsilin keyfiyyəti iki parametr üzrə müəyyənləşə bilər: 1) Təlimin elektron idarə edilməsi sisteminin keyfiyyəti (LMS-in keyfiyyəti), 2) məzmunun keyfiyyəti (kontentin keyfiyyəti).

1-ci parametr üzrə ölkəmizdə təcrübə yoxdur, bu sahədə hələ 10 il işləməliyik. Amma 2-ci parametr üzrə təcrübəmiz var. Bu təcrübə isə ondan ibarətdir ki, bizdə təhsilin məzmunu və tədris metodik bazası çox bərbad haldadır. Maraqlıdır, ali təhsilin məzmunu və müasir tələblərə cavab verən dərsliklərin, elektron dərsliklərin, tədris metodik komplekslərin, ali təhsil üzrə portalların hazırlanması üzrə Təhsil Nazirliyi və universitetlər nə iş görüb, bu sahəyə nə qədər vəsait sərf ediblər?

Ən yaxşı universitetlərimizdə də biz hələ normal distant təhsil sistemi qura bilməmişik. Niyə? Deyilənlərə görə universitetlərimizin buna maddi imkanı yoxdur, universitetlərimiz pul qazana bilmir. Bəs niyə xarici universitetlər milyard dollarla pul qazandığı halda bizim universitetlərimiz belə kasıbdır? Bu ərəfədə ölkənin aparıcı universitetinin əksi rektorunun yüz milyonlarla dollar dəyərində olan şəxsi biznesi barədə gözqamaşdırıcı sensasion məlumatlar verilir.

Sual olunur: belə kasıb universitetin rektoru necə oldu ki, qeyri-rəsmi milyoner oldu? Çünki, universitetin inkişafına yönlənməli olan milyonlar, bu rektorun şəxsi biznesinin inkişafına yönəlib. Bu proses 10 illər ərazində davam edib. Bəs bunu görən, nəzarət edən qurumlar niyə göz yumub buna? Bax bu səbəbdən bizim hətta aparıcı universitetimizdə də distant təhsil yoxdur, olanlar da çox keyfiyyətsizdir.
Bir tərəfdə dünyanın tanınmış, lider və maddi cəhətdən zəngin universitetlərinin kasıb rektorları, digər tərəfdə isə bizim geridə qalan, deqradasiyaya uğrayan kasıb universitetin zəngin rektoru.

Bir tərəfdə dünyanın zəngin “Sahibkar Universitetləri” və kasıb rektorları, bir tərəfdə bizim kasıb universitetimiz və sahibkar rektorumuz.

Deyəsən biz neft kapitalını insan kapitalına çevirmək haqqında illər ərzində müzakirələr apardığımız müddətdə, bəziləri asanlıqla neft kapitalını rektor kapitalına çevirə biliblər.

İndi bildinizmi niyə bizim distant təhsilin keyfiyyətsizdir?

Dosent İlham Əhmədov

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
UNEC distant təhsilə hazırlaşır

UNEC distant təhsilə hazırlaşır

23-01-2024
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
Distant təhsil bizdən niyə distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

17-03-2020
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

23-09-2019
Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

31-08-2020
UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019
UNEC-də bütün dərslər distant keçiriləcək

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021
Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025
Nə üçün ölkəmizdə distant təhsil formasının tətbiqi ləngiyir?

Nə üçün ölkəmizdə distant təhsil formasının tətbiqi ləngiyir?

07-08-2015
Distant təhsil forması rəsmiləşəcəkmi ?

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024
Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013
Təhsil eksperti: Distant Təhsil sistemi ölkə təhsilinin səviyyəsini göstərir

Təhsil eksperti: Distant Təhsil sistemi ölkə təhsilinin səviyyəsini göstərir

29-03-2020
UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

02-05-2020
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020
Elektron məktəb üçün elektron müəllim kursu keçirilir

Elektron məktəb üçün elektron müəllim kursu keçirilir

06-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə