Rövşən Rüstəmov: “2025-ci ilə qədər 25 meqabitlik interneti əlçatan etməliyik”

08-12-2021 / 11:38

“Azərbaycanda nağdsız ödənişlərlə bağlı vəziyyət əvvəlki illərə nisbətən çox müsbətdir”.

Xeberler.az Report-a istinadən bildirir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

“Azərbaycanda insanlar nağdsız ödənişlərin çox hissəsini iş saatlarından sonra həyata keçirirlər. Bu isə çox böyük həcmdə sürətli internet tələb edir. Əhalinin 85%-nin internetə, 83%-nin isə genişzolaqlı internetə çıxışı var. Bu sahədə biz bir çox ölkələrdən üstünük. Regionlarda isə insanların internetlə təchizatı köhnə nəsil texnologiyalar üzərində qurulub. Amma indi GPON texnologiyaları tətbiq edilir. Biz yalnız Bakı və başqa şəhərləri düşünmürük. Məqsədimiz bu gün 700-ə qədər internet çıxışı olmayan əraziləri də internetlə təmin etməkdir və 2025-ci ilə qədər 25 meqabitlik interneti əlçatan etməliyik”, - o qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə