Bank “BTB” ASC tərəfindən aktivlərinin satılması və öhdəliklərinin ABB-yə ötürülməsi təşəbbüsü çərçivəsində 2 mart 2026-cı il tarixində iki bank arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb.
Xeberler.az bildirir ki, Bank “BTB” ASC-nin aktivlərinin alınması ABB-nin strateji inkişaf hədəflərinə və böyümə planlarına uyğundur. Bu addım bankın müştəri bazasının və kredit portfelinin genişləndirilməsi məqsədinə xidmət edir.
Proses çərçivəsində Bank “BTB” ASC-nin aktivləri ABB-nin balansına keçəcək, eyni zamanda bankın öhdəlikləri də ABB tərəfindən qarşılanacaq.
Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslər 10 mart 2026-cı il tarixindən etibarən öz istəklərinə əsasən depozitlərini mövcud müqavilə şərtləri ilə ABB-yə keçirə biləcəklər. Alternativ olaraq, onlar depozit müqavilələrinə xitam verərək həmin tarixə hesablanmış faizlərlə birlikdə vəsaitlərini ABB-nin istənilən filial və ya şöbəsindən geri götürə bilərlər.
Eyni zamanda, Bank “BTB” ASC-yə kredit borcu olan müştərilərin kreditləri də mövcud müqavilə şərtləri ilə ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən davam etdiriləcək. Müştərilər kredit ödənişləri və müvafiq sənədləşmə işləri üçün bankın istənilən filial və ya şöbəsinə müraciət edə bilərlər.
Əlavə məlumat əldə etmək istəyən şəxslər ABB-nin Məlumat Mərkəzinə (937) zəng edə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları