Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) İnformasiya və kommunikasiya texnologiyaları (İKT) Liderlik Dialoqu (WILD) çərçivəsində “Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi” mövzusuna həsr olunmuş yekun panel iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov onlayn formatda çıxış edib.
Xeberler.az məlumat verir ki, Kamran İmanov çıxışında İKT yetkinliyinin müasir dövrdə əqli mülkiyyət idarələrinin səmərəliliyinin və dayanıqlığının əsas göstəricilərindən birinə çevrildiyini vurğulayıb. Qeyd edib ki, 2014-cü ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. K.İmanov 2025-ci ildə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nı və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiqlədiyini xüsusilə vurğulayıb.
İKT yetkinliyinin yalnız texnoloji səviyyə ilə məhdudlaşmadığını diqqətə çatdıran Agentliyin sədri bildirib ki, bu, həm də rəqəmsal transformasiyanın dərinliyi, proseslərin avtomatlaşdırılması, rəqəmsal xidmətlərin inkişaf səviyyəsi və kibertəhlükəsizlik kimi mühüm komponentləri əhatə edir.
K.İmanov Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən institusional islahatlar barədə geniş məlumat verib. Bildirib ki, 2018-ci ildə yaradılmış Əqli Mülkiyyət Agentliyi daha çevik və şəffaf idarəetmə modelinin formalaşdırılmasına, müxtəlif əqli mülkiyyət istiqamətlərinin vahid platformada birləşdirilməsinə və rəqəmsal xidmətlərin inkişafına geniş imkanlar açıb.
O, həmçinin ölkədə informasiya cəmiyyətinin inkişafı, rəqəmsal transformasiya və süni intellekt üzrə qəbul olunmuş strateji sənədlərin əqli mülkiyyət sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Agentlikdə tətbiq edilən rəqəmsal həllər barədə məlumat verən K.İmanov Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) elektron sistemi vasitəsilə sənədlərin onlayn qəbulu, “vahid pəncərə” prinsipi, açıq reyestrlər, 3D formatda müraciət imkanı və elektron hökumət platformaları ilə inteqrasiya kimi innovativ yanaşmaları diqqətə çatdırıb.
Bununla yanaşı, müəllif hüquqları sahəsində rəqəmsallaşma, açıq məlumat bazalarının yaradılması, süni intellekt əsaslı həllərin tətbiqi və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verilib.
Çıxışının sonunda Kamran İmanov vurğulayıb ki, bu cür beynəlxalq platformalarda təcrübə mübadiləsi rəqəmsal həllərin təkmilləşdirilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına və milli əqli mülkiyyət sistemlərinin daha da gücləndirilməsinə mühüm töhfə verir.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları